Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı üçtərəfli sammit üçün Rusiyaya dəvət edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Biz bütün səviyyələrdə tərəfdaşları Azərbaycan və Ermənistan arasında münasibətlərin hərtərəfli normallaşdırılması, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin razılaşdırılması, humanitar problemlərin həlli naminə işləməyə davam edirik. Eyni zamanda sülhə nail olmaq üçün siyasi iradə və hər iki tərəfin razılığı lazımdır”,- deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın adından yayılan bəyanatda bildirilib.
Nazirlikdən bildirilib ki, Moskva “Qərbin Ukraynada işlənmiş qarşıdurma sxemlərini açıq şəkildə ötürməyə çalışdığı və Qafqaz regionunda güclənən həyəcanverici tendensiyalardan narahatdır”.
Bildirilib ki, ABŞ və Aİ regiondakı vəziyyətin həllində maraqlı deyil, və onların əsas məqsədi Rusiyanı sıxışdırmaqdır.
“Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi əkmək cəhdlərinə baxmayaraq, Moskva ilə İrəvan arasında çəkişmə cəhdləri uğurlu olmayacaq”,- deyə nazirliyin bəyanatında qeyd edilib.
Rusiya Xarici İşlər Nazirliyi həmçinin bildirib ki, Rusiya həmişə strateji əməkdaşlığı inkişaf etdirmək əzmindədir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:02 / 24.10.2022
Putindən ÜÇTƏRƏFLİ GÖRÜŞ təklifi – İlham Əliyev və Paşinyanı Moskvaya dəvət etdi
Hazırda oxunan: Putindən ÜÇTƏRƏFLİ GÖRÜŞ təklifi – İlham Əliyev və Paşinyanı Moskvaya dəvət etdi
Hazırda oxunan: Putindən ÜÇTƏRƏFLİ GÖRÜŞ təklifi – İlham Əliyev və Paşinyanı Moskvaya dəvət etdi
100948
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.