“Şuşada Türkiyə konsulluğunun açılması İrana cavab ola bilməz” – Sahib Alıyev

“Şuşada Türkiyə konsulluğunun açılması İrana cavab ola bilməz” – Sahib Alıyev

Hazırda oxunan: “Şuşada Türkiyə konsulluğunun açılması İrana cavab ola bilməz” – Sahib Alıyev

100894

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərdən qayıdarkən jurnalistlərə verdiyi müsahibədə Şuşada baş konsulluq açacaqlarını ifadə edib.

Türkiyə liderinin bu açıqlaması isə ölkəmizdə böyük rəğbətlə qarşılanıb. Həm əksər siyasilər, həm də cəmiyyət qardaş ölkənin Şuşada konsulluğunun olmasını müsbət qiymətləndirib.
Eyni zamanda Ərdoğanın bu açıqlamasını İranın Qafanda konsulluq açmasına cavab kimi şərh edənlər də oldu.

Lakin millət vəkili Sahib Alıyev fərqli düşünür. O, Bizim.Media-ya verdiyi açıqlamada qeyd edib ki, Türkiyənin Şuşada konsulluq açacağı hələ Şuşa Bəyannaməsi imzalanan gündən bəlli idi:

“Rəcəb Tayyib Ərdoğanın Şuşada açılacaq Türkiyə konsulluğunun anonsunu verməsi İranın Qafanda konsulluq açmasına cavab deyil və ola da bilməz.

Çünki sonuncunun bu addımı düşünülməmiş, regionda təhlükəsizliyin təmini üçün yox, onu təhdid məqsədilə yaradılmış, regional əməkdaşlığı və inteqrasiyanı, kommunikasiyaların açılmasını tormozlamaq niyyəti güdür.

Biz unutmamalıyıq ki, Şuşada konsulluq açmağı planlaşdıran Türkiyə Azərbaycanla birgə sülh və 6-lıq formatı çərçivəsində  regional əməkdaşlıq təklifi ilə çıxış edib. Bəs İran bu yöndə nə edib? Heç nə”.

Sahib Alıyev bir digər mühüm məqama da toxunub:

“Diqqət yetirməliyik ki, Türkiyənin Şuşada konsulluq açması Qarabağda hayların qalıb yaşamalarına hər iki qardaş dövlətin müsbət yanaşdıqları anlamını daşıyır. Qafanda konsulluq açan İranla Ermənistan necə, azərbaycanlıların həmən Qafana, Zəngəzurdakı digər yurd yerlərinə dönmələrinə razıdırlarmı, bunda maraqlıdırlarmı? Düşünmürəm”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO