ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Huqo Gevara ikitərəfli əlaqələrə verdiyi dəstəyə görə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova təşəkkürünü bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili xarici işlər naziri Ceyhun Bayramovla birlikdə Azərbaycandakı Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) üzvlərinin nahar yeməyində iştirak edib.
Gevara ikitərəfli əlaqələrə verdiyi dəstəyə görə xarici işlər nazirinə təşəkkürünü bildirib.
O, ABŞ-ın Azərbaycanın enerji sektorunun şaxələndirilməsinə verdiyi dəstəyi, habelə qadınların iqtisadiyyatda iştirakının vacibliyini vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:00 / 22.10.2022
ABŞ rəsmisindən Ceyhun Bayramova TƏŞƏKKÜR - FOTO
Hazırda oxunan: ABŞ rəsmisindən Ceyhun Bayramova TƏŞƏKKÜR - FOTO
Hazırda oxunan: ABŞ rəsmisindən Ceyhun Bayramova TƏŞƏKKÜR - FOTO
100666
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.