İranın erməni qardaşlığının PƏRDƏARXASI – Tehran niyə Fransa ilə eyni mövqedən çıxış edir?

İranın erməni qardaşlığının PƏRDƏARXASI – Tehran niyə Fransa ilə eyni mövqedən çıxış edir?

Hazırda oxunan: İranın erməni qardaşlığının PƏRDƏARXASI – Tehran niyə Fransa ilə eyni mövqedən çıxış edir?

100589

Xəbər verdiyimiz kimi, dünən Zəngilan Hava Limanın açılış mərasimi baş tutub. Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə qatıldığı mərasim ölkəmizdə böyük rəğbətlə qarşılandı. İki qardaş ölkənin rəhbəri xalqlarımızın və dövlətlərimizin həmrəyliyini bir daha, əyani olaraq dosta-düşmənə nümayiş etdirdi.

Buna paralel olaraq isə məlum, həm də məlun cənub və qərb qonşularımız da boş dayanmadılar.

Belə ki, İranın cənub sərhədlərimizdə təlimləri davam edirdi. Tehran hökuməti hər nə qədər fərqli təqdim etməyə çalışsa belə, SEPAH-ın Araz çayını keçmək məşqləri heç də klassik hərbi məşğələ deyildi.

Digər tərəfdən, nə təsadüfdürsə, uzun müddətdir açılması gözlənilən İranın Qərbi Zəngəzurdakı Qafan konsulluğunun da istifadəyə veriləcəyi dünən elan edildi. İran xarici işlər naziri isə İrəvana səfər edərək, Ermənistanla dostluq, qardaşlıq bəyanatları səsləndirdi.

Bəs, İranın bu cür davranışlarına səbəb nədir?

İran bu addımları ilə guya Türkiyə-Azərbaycan dostluğuna qarşı mövqe nümayiş etdirməyə çalışır. Tehran Qafanda konsulluq açmaqla “qırmızı xəttləri” mövzusunda ciddi olduğunu göstərməyi hədəfləyir. Bütün addımları ilə İran faktiki olaraq bölgə ölkələri arasında təklənmiş Ermənistanın yeganə hamisi rolunda çıxış edir.

Bir sözlə Tehran regionda sülhün təmin olunmasına maneə törədənlərdən sadəcə biridir. Zəngəzur dəhlizinin açılması isə sadəcə olaraq bəhanədir. Tehran türk dövlətləri arasında inteqrasiyanı, bağı qəbul edə bilmir. Burada isə tarixi fars-türk rəqabətindən daha çox rol oyanayan məqam var. Bu məqamı görmək üçün isə sadə bir suala cavab tapmaq yetərlidir:

İranın hazırki siyasəti hansı böyük gücün regional mövqeyinə uyğundur?

Təbii ki, Fransanın.


Hazırda faktiki olaraq dünyada qütbləşmə gedir və regionumuz yeni güc mərkəzinə çevrilir. İranın tutduğu mövqeyin isə hazırda göstərməyə çalışdığı siyasəti nəzərə aldıqda, heç bir məntiqi əsası yoxdur. İran region ölkəsidir və Qərbə qarşı düşmən mövqeyində dayandığını deyir. Ermənistanın başında isə Qərbin adamı dayanır. Onun ən böyük dayağı isə Fransadır.

Fransanın isə İranda molla rejiminin hakimiyyətə gəlməsindəki əsas güc olduğunu xatırlatmaqda fayda var. Belə ki, 43 il əvvəl, İslam İnqilabı zamanı Ruhulla Xomeyni məhz Fransadan özəl təyyarə ilə Tehrana endi. İnqilabın məqsədi demokratik dövlət qurmaq idisə, Fransanın dəstəyi ilə İslam dünyasını faktiki olaraq parçalayan bomba regionumuza atıldı.
Və bu bomba 43 ildir ki, Yaxın Şərqdə partlayışlar törətməyə davam edir... 

Murad Əhmədov, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO