Bakıda Xəzəryanı dövlətlərin konfransı keçirilir - FOTO

Bakıda Xəzəryanı dövlətlərin konfransı keçirilir - FOTO

Hazırda oxunan: Bakıda Xəzəryanı dövlətlərin konfransı keçirilir - FOTO

100577

2022-ci ilin 19-21 oktyabr tarixlərində Bakı şəhərində “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası"nın 6-cı Tərəflər Konfransı keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiyavə Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Konfransda Xəzəryanı ölkələrin - Azərbaycan, İran İslam Respublikası, Qazaxıstan, Rusiya və Türkmənistanın dövlət qurumlarının, həmçinin BMT-nin Ətraf Mühit Proqramının yüksək səviyyəli nümayəndələri iştirak edib.

Qeyd edək ki, 6-cı Tərəflər Konfransı Xəzəryanı dövlətlərin əməkdaşlığının dərinləşməsinə öz töhfəsini verib və bu əməkdaşlığın davam etdirilməsi üçün bir sıra vacib məsələlər, o cümlədən Konvensiya və onun protokolları çərçivəsində fəaliyyət istiqamətləri üzrə ümumi razılaşmalar əldə edilib.

Tədbir iştirakçıları tərəfindən dənizin ətraf mühitinin mühafizəsi və onun təbii ehtiyatlarından səmərəli istifadənin Xəzəryanı ölkələr üçün prioritet məsələ olduğu və bu sahədə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verildiyi bildirilib.

Azərbaycan tərəfi öz növbəsində Xəzər dənizinin ekoloji problemlərinin, o cümlədən dəniz səviyyəsinin aşağı düşməsi ilə bağlı məsələlərin daha dərindən öyrənilməsi üçün Xəzəryanı ölkələrin mütəxəssislərindən ibarət birgə ekspert qrupunun yaradılmasını təklif edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO