Prezident İlham Əliyev İtaliya–Azərbaycan Universiteti layihəsinin həyata keçirilməsi haqqında Sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, Sərəncama əsasən, İtaliya–Azərbaycan Universiteti layihəsini həyata keçirən ADA Universitetinə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilib.
Müəyyən edilib ki, ADA Universiteti İtaliya–Azərbaycan Universiteti çərçivəsində tətbiq etdiyi təhsil proqramlarını İtaliya Respublikasının ali təhsil müəssisələrinin akademik standartlarına uyğun qurmaq və idarə etmək hüququna malikdir.
Nazirlər Kabineti İtaliya–Azərbaycan Universiteti layihəsinə cəlb olunması ilə əlaqədar ADA Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsi və əməliyyat xərclərinin maliyyələşdirilməsi məsələlərini həll etməli, İtaliya–Azərbaycan Universiteti layihəsi çərçivəsində kadr hazırlığı aparılan ixtisasları və təhsil alan tələbələrin sayını hər il müəyyən etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:16 / 21.10.2022
İlham Əliyevdən İtaliya-Azərbaycan Universiteti ilə bağlı SƏRƏNCAM
Hazırda oxunan: İlham Əliyevdən İtaliya-Azərbaycan Universiteti ilə bağlı SƏRƏNCAM
Hazırda oxunan: İlham Əliyevdən İtaliya-Azərbaycan Universiteti ilə bağlı SƏRƏNCAM
100474
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.