Zahid Orucdan ŞOK AÇIQLAMA: “İran İrəvanı tutmaq istəyir”

Zahid Orucdan ŞOK AÇIQLAMA: “İran İrəvanı tutmaq istəyir”

Hazırda oxunan: Zahid Orucdan ŞOK AÇIQLAMA: “İran İrəvanı tutmaq istəyir”

100450

“Azərbaycana qarşı diplomatik-siyasi təzyiq həlledici mərhələyə daxil olub. Belə bir vaxtda Ərdoğanın birbaşa Zəngilana, Cəbrayıla gəlməsi, Prezident İlham Əliyevlə görüşməsi ölkəmizə edilən hücumlara zərbə vurdu”.  

Bizim.Media xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.  

“Ermənistan ərazilərinin ələ keçirilməsindən danışan Avroparlament, AŞPA və onlarla dövlətin XİN-i, qlobal medianın apardığı kampaniyanın üzərinə Avropa Birliyindən Ermənistana 40 nəfərlik hərbi taborun gəlməsi, dünənsə ATƏT-in kəşfiyyat missiyasının İrəvanda mənzillənməsi, 18 oktyabrdan İran ordusunun başlatdığı hərbi təlimlər bütövlükdə regionda silahlı toqquşmalara zəmin hazırlayır”, - deyə deputat əlavə edib. 

Zahid Oruc vurğulayıb ki, Qərbin məqsədi Rusiyaya qarşı ikinci cəbhə açmaq, Ağdamda yerləşən Rusiya-Türkiyə hərbi mərkəzini bölgədən çıxarıb NATO qüvvələrini sərhəddə yerləşdirməkdir:  

“Lakin Ali Baş Komandan İlham Əliyev Şuşa bəyannaməsini Ermənistana deyil, ölkəmizə və Türkiyəyə təhlükə törədən dövlətlərə qarşı imzalayıb. Qərbin hazırki mülki kontingenti İranın yanlış siyasətinə görə regiona gəldi. Son 30 ildə o bölgələrdə bir dəfə də olsun hərbi təlim keçirməyən bir dövlət Ermənistanın ərazi bütövlüyünü qoruyanda bilməliydi ki, bir gün qarşısında NATO emissarlarını görəcək.  

Erməni mətbuatı hərbi təlimlərdə İran inqilab keşikçilərinin Bakını ələ keçirməyi simulyasiya etdiklərini yazır. Halbuki baş örtüyü tələbinə qarşı ayağa qalxan milyonlarla insanın etirazını söndürməmiş Araz çayını keçməyi məşq etməyin hədəfi biz ola bilmərik. 

İran ordusu “Zəngəzur dəhlizi”nin deyil, “Araz koridoru”nun açılması təhlükəsini qabaqlamaq üçün İrəvanı tutmağa çalışır. Bizim İranla dövlətlərarası sərhədlər müəyyənləşib, lakin kimsə Ermənistan kimi İranla da yeni sərhəd istəyirsə, tarixi geriyə çevirər.  Qoşunlarını sərhəddə yığıb oranı cəbhə xəttinə çevirmək Ermənistanı Qafqazın Ukraynasına, Yaxın Şərqin Suriyasına döndərər”. 

Deputat qeyd edib ki,  Rusiyanın indiki müharibədə aqibətini gözləmədən, Lenin-Atatürk razılaşmasını qınayan xalqı ilə birlikdə 30 ildir onu qoruyan hərbi bloku tərk edir, “5000 rus əsgərini çıxar, biz ordu göndərək” deyən dövlətlərə sığınır: 

“Halbuki Ermənistana ən yaxşı təhlükəsizlik təminatını Azərbaycan və Türkiyə verə bilər. Əgər onlar avantüraya gedib sülh müqaviləsini imzalamasalar, Ermənistan özü boyda koridora çevriləcək. Biz İran, Rusiya, Amerika, İsrail və bütün dövlətləri Türkiyə lideri kimi gəlib azad torpaqlarda İlham Əliyevlə sülh və quruculuq müqaviləsi imzalamağa çağırırıq”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO