Azərbaycanda səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanaya yerləşdiriliblər və mütəmadi həkim nəzarəti altındadırlar.
Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, onların vəziyyəti qənaətbəxşdir. Həyatları üçün hər hansı bir təhlükə yoxdur, yaxın saatlarda onların evə yazılacağı gözlənilir.
MÖVZU İLƏ BAĞLI:
Binəli Yıldırım Zəngilanda qəzaya düşüb
Qeyd edək ki, ötən gün Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşüb. Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib.
Bizim.Media