Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda yol qəzasında xəsarət alan AKP üzvləri ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, “Twitter” hesabındakı paylaşımında partiyadaşlarına xoş arzularını çatdırıb.
MÖVZU İLƏ BAĞLI:
Binəli Yıldırım Zəngilanda qəzaya düşüb
“Azərbaycana səfərimiz zamanı yol qəzası keçirən AKP sədrinin müavini Binəli Yıldırıma, millət vəkilimiz Şamil Ayrıma və polis rəisimiz Oğuzhan Dəmirciyə ən xoş arzularımı çatdırıram. Şükür ki, yaxşıdırlar. Allah sizi qorusun”,-deyə Türkiyənin XİN başçısı qeyd edib.
Bizim.Media
Azerbaycan ziyaretimizde trafik kazası geçiren AK Parti Genel Başkan Vekilimiz Sayın Binali Yıldırım’a, Milletvekilimiz Şamil Ayrım’a ve Emniyet Müdürümüz Oğuzhan Demirci’ye geçmiş olsun dileklerimi iletiyorum. Hamdolsun durumları iyi. Allah beterinden korusun.
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) October 20, 2022