Xəbər verdiyimiz kimi, bu gün Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi baş tutub.
Bizim.Media xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında maraqlı dialoq yaşanıb.
MÖVZU İLƏ BAĞLI:
Zəngilan aeroportunun açarları Prezidentlərə təqdim edildi - FOTO/VİDEO
Belə ki, hava limanının açılış rəmzini bildirən lənti kəsərkən Türkiyə Prezidenti qayçının qızıldan olub-olmadığı ilə maraqlanıb.
Həmin dialoqu təqdim edirik:
Ərdoğan: İlham qardaşım, bu qızıldırmı?
İlham Əliyev: Qızıla bənzəyir. Ancaq siz ki kəsəcəksiniz, qızıldan da qiymətlidir…
Ərdoğan: Zəngilan hava limanımız öncə Azərbaycan, sonra dünya üçün xeyirli olsun.
Daha sonra Türkiyə prezidenti kəsilən lenti qayçıya dolayaraq, İlham Əliyevdən bunu “götürə bilərəm?” deyə soruşub. İlham Əliyev isə cavabında bunun “gözəl bir xatirə” olacağını bildirib.
Daha sonra AZAL Prezidenti Cahangir Əsgərov Zəngilan Hava Limanının açarını Ərdoğana təqdim edib və onun qızıldan olduğunu deyib.
Bizim.Media