XİN-ə yeni mətbuat katibi TƏYİN OLUNDU

XİN-ə yeni mətbuat katibi TƏYİN OLUNDU

Hazırda oxunan: XİN-ə yeni mətbuat katibi TƏYİN OLUNDU

100226

Azərbaycan Xarici işlər nazirinin əmri ilə Ayxan Elxan oğlu Hacızadə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.

Bu barədə Bizim.Media-ya XİN-in Mətbuat xidməti idarəsindən bildirilib.

Xatırladaq ki, Ayxan Hacızadə 1981-ci ildə anadan olub.

O, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirib. ABŞ-ın Milli Müdafiə Universitetinin Strateji Təhlükəsizlik Elmləri üzrə magistr dərəcəsinə malikdir.
 

MÖVZU İLƏ BAĞLI:

Leyla Abdullayeva Fransaya səfir təyin edildi - SƏRƏNCAM


A.Hacızadə xarici ölkələrdə bir sıra tədris proqramı və təlimlərdə iştirak edib, Corc Marşal adına Avropa Təhlükəsizlik Elmləri Mərkəzində Ali Təhlükəsizlik Proqramının və BMT-nin Tərksilah məsələləri üzrə Təqaüd Proqramının məzunudur.

O, 2007-ci ildən etibarən Xarici İşlər Nazirliyində müxtəlif diplomatik vəzifələr tutub. 2010-2014-cü illərdə Azərbaycanın Avstriyadakı səfirliyində, ATƏT və BMT-nin Vyana şəhərində yerləşən təşkilat və qurumları yanında daimi nümayəndəliyində üçüncü və ikinci katib, 2017-2022-ci illərdə Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyində birinci katib və müşavir vəzifələrində çalışıb.

2022-ci ilin iyul ayından etibarən XİN-in Mətbuat xidməti idarəsinin rəis müavini vəzifəsində işləyib.

Ailəlidir, üç övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO