Türkmənistanlı səfir Sahibə Qafarova ilə görüşdə Azərbaycan dilində danışıb - FOTO 

Türkmənistanlı səfir Sahibə Qafarova ilə görüşdə Azərbaycan dilində danışıb - FOTO 

Hazırda oxunan: Türkmənistanlı səfir Sahibə Qafarova ilə görüşdə Azərbaycan dilində danışıb - FOTO 

100172

Oktyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanmammet Elyasovla görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilib.

Məlumata görə, Sahibə Qafarova səfiri salamlayaraq, onu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, onun fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin daha da inkişaf edəcəyinə inamını bildirib. 

Spiker diqqətə çatdırıb ki, Azərbaycan Türkmənistanla bütün sahələrdə əlaqələrin inkişafına böyük əhəmiyyət verir və bu il diplomatik münasibətlərimizin yaradılmasının 30 illiyini qeyd etdik. 
Sahibə Qafarova bildirib ki, ölkələrimiz arasında imzalanmış 100-dən çox dövlətlərarası və hökumətlərarası sənəd münasibətlərimizin hüquqi bazasını fromalaşdırıb.

Bu sənədlər arasında “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ölkələrimizin hərtərəfli əməkdaşlığının daha da inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. 

Görüşdə Milli Məclisin sədri Azərbaycanın sülh səyləri və Ermənistanın uğursuz təxribatları barədə danışıb. Bildirib ki, Azərbaycan tezliklə Ermənistanla sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Lakin Ermənistanın təxribatları sülh prosesinə mane olur və onu yubadır. 
Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu bildirən Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanmammet Elyasov spikerin təbrikinə görə təşəkkürünü ifadə edib və iki ölkənin qanunverici orqanları arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.

O, Şuşaya səfərinin onda yaratdığı təəssüratları bölüşərək, bu şəhərin qədim mədəniyyət ocağı olmasından, işğaldan azad olunmuş ərazilərdə görülmüş və görüləcək işlərlə tanışlığından danışıb. 

Söhbət zamanı Milli Məclisin sədri səfirin azərbaycanca danışmasını yüksək qiymətləndirib, bunun Azərbaycan mədəniyyətinə və dilinə böyük sevginin göstəricisi olduğunu diqqətə çatdırıb. 
Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO