XİN-dən UNESCO-da “Bakı prosesinə” dair qərar barədə AÇIQLAMA

XİN-dən UNESCO-da “Bakı prosesinə” dair qərar barədə AÇIQLAMA

Hazırda oxunan: XİN-dən UNESCO-da “Bakı prosesinə” dair qərar barədə AÇIQLAMA

100169

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı - UNESCO-da “Bakı prosesinə” dair qərar barədə məlumat yayıb. 

XİN-dən Bizim.Media-ya verilən məlumatda deyilir: 

"19 oktyabr tarixində Azərbaycan Respublikasının UNESCO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi "Bakı prosesi: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək" başlıqlı qərar layihəsi yekdilliklə qəbul edilib. 

UNESCO İcraiyyə Şurasının üzvü olan Ermənistan qərar layihəsinin qarşısını almağa çalışsa da, layihəyə dəstək məqsədilə 41 ölkə həmmüəllif qismində qoşulub. 

Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə 2008-ci ildən başlanılmış sözügedən proses dünyada mədəniyyətlərarası dialoqun təşviqində ən mühüm platformalardan biri olmaqla yanaşı, BMT tərəfindən dəstəklənib. 
UNESCO və ISESCO kimi beynəlxalq təşkilatların tərəfdaşı olduğu Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumuna indiyə kimi 135 ölkədən 1500 yaxın iştirakçı qatılıb. Dünya Forumu bütün dünyada insanlar üçün mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas platformalardan biri hesab edilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO