Aİ missiyasının Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsinin pərdəarxası PLANLARI

Aİ missiyasının Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsinin pərdəarxası PLANLARI

Hazırda oxunan: Aİ missiyasının Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsinin pərdəarxası PLANLARI

100100

“Ermənistanın strategiyası ondan ibarətdir ki, yeni şəraitdə Qarabağla bağlı yeni siyasət yürütsünlər. Bunu da Azərbaycanın Zəngəzurla bağlı fikirlərinə alternativ  götürürlər. Zəngəzur məsələsinin gündəmdən çıxarılması üçün ermənilər çalışır ki, Ermənistan-Azərbaycan sərhəddinə rusları və yaxud avropalıları, ən yaxşı halda ikisinin birgə koalisiyasını yerləşdirsinlər.

Bu hesaba da həm öz sərhədlərini möhkəmləndirsinlər, həm də Qarabağda öz məkrli niyyətlərini davam etdirsinlər. Növbəti niyyətsə ondan ibarətdir ki, Azərbaycana qarşı yenidən torpaq iddiası sürülsün. Yəni şərait dəyişsə də məqsəd dəyişməyib.

Ermənilər çalışırlar ki, missiyanı sərhəddə gətirsinlər. Sonra isə təxribatları Qarabağa keçirsinlər. 

Və müəyyən müddətdən sonra da Qarabağda da sərhəd kimi bir şərait yaratsınlar. Və bununla da Qarabağı Azərbaycanın nəzarətindən çıxartsınlar”.

Bu fikirləri Aİ missiyasının Ermənistana gəlişini şərh edərkən sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov səsləndirib. Bizim.Media-ya açıqlamasında o ermənilərin dayanmayacağını bildirdi:

“Əvvəl təxribatlar törətdilər, sonra da Aİ missiyasını sərhədə gətirdilər. Bundan sonra Qarabağdakı separatçılar təxribat törədəcək və dünyaya bəyan edəcəklər ki, Azərbaycan dinc ermənilərə hücum edib. Çalışacaqlar ki, bu məsələni Fransanın xətti ilə BMT-nin müzakirəsinə çıxarsınlar. Hansısa yolla qətnamə əldə eləsinlər. Və qətnaməni əldə edəndən sonra  Qarabağa BMT-nin bayrağı altında xüsusi missiyanın gəlməsinə çalışacaqlar”. 

Tofiq Zülfüqarov onu bildirdi ki, Aİ və Fransa da ermənilərin bu niyyətinə dəstək verirlər:

“Onlar istəyirlər ki, Minsk qrupu olduğu zamanlardakı kimi yenidən söz sahibi olsunlar. Burda hədəf başqadır. Hədəf ermənilərə arxa durmaq deyil. Hədəf Türkiyənin dünyada artan nüfuzunu zədələməkdir. Makronun gecə-gündüz danışması əslində Türkiyəni nəinki, Cənubi Qafqazdan, eləcə də Şimali Afrikadan sıxışdırıb çıxarmaqdır. Bəs, hadisələr necə inkişaf edəcək? Bu artıq Azərbaycanla Türkiyənin atacağı addımlardan asılıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO