Azərbaycanda COVID: 4 nəfər öldü

Azərbaycanda COVID: 4 nəfər öldü

Hazırda oxunan: Azərbaycanda COVID: 4 nəfər öldü

216501

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 4 nəfər ölüb.

 

Azərbaycanda indiyədək ümumilikdə 831 105 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 623 nəfər müalicə olunaraq sağalıb, 10 226 nəfər vəfat edib, aktiv xəstə sayı 256 nəfərdir.

 

Ölkədə son sutka ərzində 655, hazırkı dövrədək isə 7 582 685 test aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO