Son 3 gündə 3 intihar – “Özünü xilas etmək istəməyən insan heç kimi xilas edə bilməz” - PSİXOLOQ

Son 3 gündə 3 intihar – “Özünü xilas etmək istəməyən insan heç kimi xilas edə bilməz” - PSİXOLOQ

Hazırda oxunan: Son 3 gündə 3 intihar – “Özünü xilas etmək istəməyən insan heç kimi xilas edə bilməz” - PSİXOLOQ

9773

Koronavirus pandemiyası insanların psixi sağlamlığına "dərin" təsir göstərməkdədir. Aydı-ayrı psixoloq və psixiatrların tədqiqatları göstərir ki, pandemiya, bu dövrdə tətbiq olunan sərt karantin, eləcə də Vətən müharibəsinin xofu insanların psixologiyasında gərginlik yaradıb.

Bir ilə yaxın hökm sürən pandemiyada çox sayda insan işlərini itirdiyinə, gəlirindən məhrum olduqlarına və heç bir ümid yeri görmədiyinə görə sarsıntı keçirirlər.

Pandemiyanın yaratdığı psixoloji vəziyyətdə həm də panik atak, depressiya, yuxu pozulması, travma sonrası stress pozuntusu və sair kimi psixi xəstəliklərin sayı çoxalıb. Bu isə intihar və cinayətlərə rəvac verir. 

Son 3 gündə iki gənc qadın və bir kişi olmaqla 3 intihar hadisəsinin baş verməsi əksər insanların psixi sağlamlığına ciddi təsir etdiyindən xəbər verir.

Bununla bağlı həyəcan təbili çalan psixoloqlar intihar, cinayət, ailədaxili münaqişələrin və qətllərin sayının getdikcə artacağını ehtimal edirlər. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan İntellekt Akademiyasının rəhbəri, psixoloq Fərqanə Mehmanqızı deyib ki, pandemiyadan sonra insanlarda iz buraxacaq psixoloji pozğunluqdan qurtulmaq heç də asan olmayacaq:
 

MÖVZU İLƏ BAĞLI:

"Yumşalmalara getdiyimiz məntiqli və doğrudur” - Həkimdən açıqlama


“Cəmiyyətdə artıq insanların bir-birlərini dinləməmə problemi və aqressiya var. İnsanlar bir-birlərini eşidə bilmir və empatiya bacarıqları aşağı düşüb. Bu, əslində böyük siqnaldır. Amma hələ də bu ciddi siqnalı dərk edə bilmirik.

Toplum olaraq insanlar mənəvi acdır. Bunun iqtisadu durumla heç bir əlaqəsi yoxdur.

Pandemiya, karantinin sərt qaydaları və müharibə insanlarda müəyyən təşviş, xroniki depresiya yaradıb.

Hər kəsin bir psixologiyası var və hər kəs  cəmiyyətdə baş verən hadisələri ona uyğun qəbul edir. Şəxsin reaksiyası onun öz xislətinə və davranışına uyğun olur.

Bu gün intiharlar və cinayətlərin artmasının da əsas təməlində insanların bir-birini dinləməməyi, empati bacarıqlarının aşağı düşməsidir. Bu bəladan qurtulmaq üçün motivasiya proqramı olmalıdır”.

İnsanların xislətinə uyğun motivasiya proqramlarının mövcud olduğunu vurğulayan psixoloq hər kəsin bu proqrama cəlb olunmasını tövsiyə edib:

“Özünü xilas etmək istəməyən insanı heç kimi xilas edə bilməz. Özünü xilas etmək istəyən insan isə bir yol tapıb mütləq qurtulacaq.

Psixoloqların oturduğu qaynar xəttlər var. İnsanlar ora müraciət etsinlər. Məktəblərdə uşaq psixoloqları fəaliyyət göstərirlər. Amma özünü xilas etməyən şəxs bu variantları da görməyəcək”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO