Şagirdlərin icbari tibbi müayinəsi dayandırılıb

Şagirdlərin icbari tibbi müayinəsi dayandırılıb

Hazırda oxunan: Şagirdlərin icbari tibbi müayinəsi dayandırılıb

934

Məktəblilərin ənənəvi icbari tibbi müayinəsi təxirə salınıb. TƏBİB-dən Bizim.Media-ya bildirilib ki, proses karantin müddətində müvəqqəti dayandırılıb. Ehtiyac olduğu halda valideynlər fərdi şəkildə tibb müəssisələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, hər ilin oktyabr ayında  məktəb şagirdləri  icbari tibbi müayinəyə cəlb olunurdu. Məktəb tərəfindən onlara müvafiq göndəriş verilir və buna əsasən, şagirdlər ərazi üzrə tibb müəssisələrində dispanserizasiyadan keçirdilər. Proses “Uşaqların icbari dispanserizasiyası haqqında” qanuna əsasən, şagirdlərin sağlamlığını nəzarətdə saxlamaq məqsədilə aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO