Vaksin müharibələri - hakerlər “Pfizer”in məlumatlarını oğurladılar

Vaksin müharibələri - hakerlər “Pfizer”in məlumatlarını oğurladılar

Hazırda oxunan: Vaksin müharibələri - hakerlər “Pfizer”in məlumatlarını oğurladılar

8951

“Covid 19” virusuna qarşı ən effektiv vaksin hesab edilən “Pfizer”in məlumat bazasına daxil oaraq lazımi məlumatları oğurlayıb, yerinə “feyk” informasiyalar yerləşdiriblər.

Bizim.Media “Qazetı.ru” ya istinadla xəbər verir ki, bu barədə “Pfizer” və “BioNTech” firmaları məlumat yayıb. 

Bildirilib ki, hakerlər Avropa Birliyinin vaksinləmə məsələsi ilə məşğul olan qurumunun məxfi məlumatlarını oğurlayıb internetdə yayımlayıblar. 

“Hakerlər “Covid 19” əleyhinə istifadə ediləcək vaksinlərin testlərinin nəticələri barədə daxili elektron yazışmaları bilərəkdən dəyişdirib dərc ediblər. Bu da “Pfizer” vaksinərinə inamın azalmasına xodmət edir”- bu barədə Avropa Dərman Ləvazimatları Agentliyinin (EMA) yaydığı bəyanatda deyilir.

İtaliyanın kibercinayətlərə qarşı mübarizə şirkəti “Yarix”in  araşdırmasına görə, bu məlumatlar ilk dəfə ötən ilin dekabrında “Darknet” (Qaranlı internet-hakerlərin gizli şəbəkəsi) forumlarında “Qeyri adi fırıldaq! Zalım Pifffzer! Saxta vaksinlər!” başlığı altında yayılıb.

Hələ ötən ilin noyabrında “Microsoft” “Covid 19” əleyhinə vaksinlər hazırlayan laboratoriyalara rus hakerlərin hücum etməsi barədə məlumat yayıb.  Şirkətin vitse-prezidenti Tom Bert bu kiber hücumların arxasında Rusiyanın “Strontium” haker-qrupunun olması barədə dəqiq məlumatlara malik olduqlarını bəyan edib.

Bu bəyanatdan sonra Ruysiyanın XİN-in rəsmisi Mariya Zaxarova da öz növbəsində Rusiyadakı koronavirus əleyhinə dərman hazırlayan şirkətlərin ABŞ hakimiyyətinin nəzarətində olan kiber qüvvələr tərəfindən hücumlara qalması barədə məlumat verdi. 

Əslində bu kiber hücumların arxasında Cin hakerlərinin olduğu deyilir. Çünki ABŞ, Avropa və Rusiya arasında gedən “vaksin müharibəsi” Çin vaksinlərinə təlabatı artırıb.

İLTİFAT, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO