Azərbaycanda peyvəndin gecikməsi yaxşıdır, ya pis?  

Azərbaycanda peyvəndin gecikməsi yaxşıdır, ya pis?  

Hazırda oxunan: Azərbaycanda peyvəndin gecikməsi yaxşıdır, ya pis?  

7825

“İmmunizasiya tarixində paradoksal hadislər çox olub”, professor Adil Qeybulla peyvəndləmə ilə bağlı fikirlərini bölüşərkən belə deyib.

Bütün dünyada İntensiv şəkildə peyvəndləməyə başlanıb. Azərbaycan isə Türkiyə ilə yanaşı, GAVİ (Global Alliance for Vaccines) təşkilatından əhalinin 10 faizini peyvəndləyə biləcəyimiz vaksinləri gözləyir. Ölkə baçısı İlham Əliyev yanvar ayının sonuna qədər ölkədə peyvəndləməyə başlayacağını qeyd etsə də, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva zamanın uzana biləcəyini deyib.

O, “Sinovac” peyvəndi ilə yanaşı GAVİ-dən aprel ayı üçün vaksin gözlədiyimizi bildirib. 

Bu isə zaman itkisi fonunda yoluxma zəncirinin möhkəmlənməsi və ölüm hallarının artması deməkdir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla peyvəndin nəticələrinin yaxın aylarda, bir-iki ay müddətində bilinəcəyini deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusa ikinci dəfə yoluxma daha ağır nəticə verə bilər


''Vaksinlərin kütləvi immunizasiya tarixində bir neçə paradoksal hadisələr olub.  Peyvəndləmənin necə davranış sərgiləyəcəyini indidən deyə bilmərik. Düzdür, vaksinasıyanın aparılması pandemiyanın sonu demək deyil, amma bu yolda çox mühüm bir addımdır''.

''Vaxtilə ABŞ-da donuz qripinə, Flippində Denge qızdırmasına qarşı tətbiq edilən vaksinasiya zamanı problemlər yaşanıb. 2009-cu ildə qlobal qrip pandemiyasına qarşı 31 milyon insanın vaksinasiyası zamanı ciddi problem baş verib. İstənilən halda peyvəndləmə yoluxma zəncirini qırmaq üçün bir addımdır və buna gedilməlidir''. 

Dövlət səviyyəsində alınan peyvəndlərin keyfiyyət parametrlərinə toxunan həkim ilk təcrübədə vaksinasiya nəticəsinin müəyyən müddətdən sonra bilinəcəyini deyib:

''Azərbaycana gətirilən vaksinlər Çin istehsalı olan peyvəndlərdir. Bu peyvəndlər əsasən inaktivləşdirilmiş pereparatdır. Bu peyvəndləri hazırlamaq üçün virusun hüceyrə kulturasında virus yetişdirilir, ondan sonra kimyəvi, fiziki və aidion üsulla fəallığı azaldılır. Vaksin Çinin Pekin və Uhan universitetlərində hazırlanır''.

''Bu universitetlər kifayət qədər tanınmış müəssisələrdir. Ona görə də “Bio Farma” əczaçılıq kompaniyasının hazırladığı “Sinovac” vaksininə güvənmək olar. Çindən alınan peyvəndlərin keyfiyyət parametrlərinə şübhə etməyə ehtiyac yoxdur. Müxtəlif çeşidli peyvəndlərin də mərhələli şəkildə alınması ola bilər. Hazırda Qazaxıstanın Təhlükəsizlik İnstitutunun özünün də belə bir vaksini var''. 

Adil Qeybulla hər şeydən əvvəl əhalini vaksin tərəddüdündən çəkindirməyin vacibliyinə diqqət çəkib:

“Çox güman ki, digər firmaların hazırladığı vaksinlərin qiymətləri bir müddətdən sonra düşəcək və onları da almaq mümkün olacaq. Peyvənd tərəddüdünə qoşulmamaq, vaksin əleyhinə çıxış etməmək, əksinə bu məsələyə isti yanaşmaq lazımdır. Pandemiya dövründə hər şeyi öz başına buraxsaq, daha çox itkilərə rast gələ bilərik”.

Alçina Amilqızı,Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO