Meymunçiçəyi bir insanda özünü göstərmədən başqasına keçir - ÜST

Meymunçiçəyi bir insanda özünü göstərmədən başqasına keçir - ÜST

Hazırda oxunan: Meymunçiçəyi bir insanda özünü göstərmədən başqasına keçir - ÜST

76791

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyanın 23 ölkəsində artıq 257 meymunçiçəyinə yoluxma qeydə alınıb. 120-yə yaxın şübhəli hal var və araşdırılır.

Bizim.Media xəbər verir ki, hələlik ölümlə bağlı heç bir məlumat yoxdur.

Təşkilatın bəyanatında vurğulanır ki, xəstəliyin onun üçün endemik olmayan bir sıra ölkələrdə eyni vaxtda qəfil ortaya çıxması virusun müəyyən müddət ərzində aşkar edilmədən ötürülməsinin mümkün mövcudluğundan xəbər verir.
ÜST qeyri-endemik ölkələrdə müşahidə genişləndikcə, yeni halların müəyyən ediləcəyini gözləyir. Bununla belə, məlum halların böyük əksəriyyətində xəstəlik və endemik əraziyə səyahət arasında heç bir əlaqə aşkar edilməyib.

Xatırladaq ki, iki gün əvvəl ÜST 200-ə yaxın təsdiqlənmiş yoluxma barədə məlumat vermişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO