Alimlərin yaxın 5 il üçün pandemiya proqnozu - 3 SSENARİ VAR

Alimlərin yaxın 5 il üçün pandemiya proqnozu - 3 SSENARİ VAR

Hazırda oxunan: Alimlərin yaxın 5 il üçün pandemiya proqnozu - 3 SSENARİ VAR

76206

Alimlər yaxın 5 il üçün pandemiya ssenarisinin mümkün gedişatını təhlil edib.

Bizim.Media xəbər verir ki, Beynəlxalq Elmi Birliyin son məruzəsinə görə, 2027-ci ilə qədər mümkün ola biləcək 3 ssenari var.

Məruzənin müəllifləri dünyanın məşhur 20 ekspertidir.

1-ci ssenari optimistdir

Tam vaksin olunmuş insanların bütün dünyada sayı 80%-ə çatarsa, çoxsaylı insan həyatı xilas ediləcək, SARS virusunun yeni variantları yayılmayacaq, lakin koronavirus endemik virusa çevriləcək. Nəzarətə tabe olacaq.

2-ci ssenari daha realistdir

Dünyada qitələr üzrə ümumi vaksinasiya 60%-ə çatacaq. Bu halda koronavirus endemik olacaq, mövsümi olaraq bir neçə ölkədə güclü dalğalar yaranacaq, yenə də xəstəxanalar dolacaq. Bu ssenari gerçəkləşərsə, məhdudiyyətlər, qadağalar, daim yenilənən dərman və vaksinlərlə illəri yola verəcəyik.

2027-ci ilə kimi ölkələrarası bərabərsizlik güclənəcək, inkişaf etmiş dövlətlərin əhalisi kəskin fazanı birtəhər keçsə də, kasıb ölkələrdə insan itkisi yüksək olacaq.

3-cü ssenari ən pessimistidir

Milli və populist yanaşma davam edərsə, vaksinasiya 50%-dən də aşağı düşəcək, koronavirus nəzarətsiz şəkildə planetdə özbaşına gəzəcək, gah bu qitədə, gah o birində yeni variantlarla qığılcımlanma yaradıb, illərlə davam edəcək. Pandemiya ilə effektiv mübarizə üçün dünya bir olmalı, ətraf mühit və iqlim dəyişikliyinə nəzarət etməli, hərə öz ölkəsinin qeydinə qalmağı buraxmalıdır. (Bakupost)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO