Son günlər ekspress COVİD testlərinin satışı artıb – Bu testlərə etibar varmı?  

Hazırda oxunan: Son günlər ekspress COVİD testlərinin satışı artıb – Bu testlərə etibar varmı?  

59492

Son günlərdə koronavirusa yoluxmanın sayında kəskin artımın olması nəticəsində verilən testlərin cavabları günlərlə gecikir. Bu səbəb də öz növbəsində apteklərdə satılan COVİD-19 ekspress testlərinə tələbatı çoxaldıb.

Özündə xəstəlik simptomlarını hiss edən şəxslər qeyd edir ki, cavabı günlərlə gözləməyə səbrləri və zamanları yoxdur. Çünki hər an vəziyyətləri ağırlaşa və ətrafdakı insanları bilmədən yoluxdura bilərlər. Ona görə də apteklərdəki bu testlər daha ucuz, tez və rahatdır.
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusu nəfəslə aşkar edən cihaz yaradıldı – Cavab bir neçə dəqiqəyə çıxır


Amma bu testin etibarlı olmağı məsələsi sual altındadır.

Bizim.Media TƏBİB-dən verilən məlumata istinadən bildirir ki, ekspress testlərin dəqiqliyi PZR testləri ilə müqayisədə zəifdir və test yeni yoluxmuş şəxslərdə neqativ göstərə bilər:

“Azərbaycan da bu testləri sınaqdan keçirib. Sınaq zamanı məlum olub ki, sözügedən testlər virus yükü aşağı olan, yeni yoluxmuş və ya sağalma dönəmində olanlarda neqativ çıxır. Kəskin qızdırmalı aktiv xəstələrdə isə nəticə pozitiv ola bilər. Bu səbəbdən həmin testlərin istifadəsindən imtina olunub və hazırda ölkəmizdə təsdiqləyici test kimi PZR testləri qəbul edilib. Çünki, bu testlər ÜST tərəfindən koronavirusu aşkarlayan ən yüksək keyfiyyətli test kimi qiymətləndirilib”.

Həmçinin TƏBİB bildirir ki, ev şəraitində insanların ekspress testlərdən istifadə etməsinə hər hansı qadağa qoyulmayb:

“Bu, hər kəsin şəxsi istəyinə bağlı məsələdir. Ümumiyyətlə, bu cür ekspress testlərdən bir çox xəstəliklərdə istifadə edilə bilər”.

Əczaçı Məryəm Nəsibova isə açıqlamasında ekspress testlərdən narazılıq olmadığını diqqətə çatdırıb: 

“Bu testlərin satışında son günlərdə daha çox artım var. Etibarlılıq məsələsinə gəlincə bunu biz də dəqiq deyə bilmərik. Amma hələ ki, alıcılardan testlərlə bağlı narazılıq, şikayət almamışıq”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO