Fərqli və faydalı qidalardan ibarət balanslaşdırılmış pəhriz sağlam nəfəs almağa və ağciyərin normal fəaliyyət göstərməsinə yardım edir.
Bizim.Media xəbər verir ki, Türkiyənin Medicana Bursa Xəstəxanasının həkimləri tərəfindən aparılan araşdırma ağciyərlərin sağlam fəaliyyətini dəstəkləyən qidaları müəyyən edib.
Ekspertlərin sözlərinə görə, həmin qidalardan bəziləri hətta ağciyər xərçənginin də qarşısını ala bilər.
Türkiyəli mütəxəssislər insan orqanizminin qidadan yanacaq kimi istifadə etdiyini və təzə tərəvəzlərlə, meyvələrlə qidalanmanın ağciyər sağlamlığı üçün əhəmiyyətli olduğunu bildiriblər.
Həkimlər ağciyərlərin sağlamlığı üçün aşağıdakı on qidanın adını çəkiblər:
"Arpa, yulaf və mərci kimi lifli tərəvəzlər B vitaminləri, maqnezium, seleniumla zəngindir. Bu qidalar ağciyər sağlamlığını dəstəkləyir.
Təzə tərəvəzlər, çuğundur, bibər, balqabaq, pomidor, qırmızı kələm kimi qidalar isə tərkibindəki yüksək lif və flavonoidlərə görə ağciyərin funksiyasını yaxşılaşdırır, eyni zamanda xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) və xərçəng riskini azaldır.
Təzə meyvələr, xüsusən də, alma və qaragilə, tərkibində çoxlu miqdarda antosiyaninlər olması səbəbindən ağciyərlərin oksidləşdirici zədələnmədən qorunmasına kömək edir”.
Bundan əlavə, ağciyər problemlərinin təkcə siqaret çəkən insanlarda meydana çıxmadığını da xatırlatmaqda fayda var. Alimlərin sözlərinə görə, insanların sıx yaşadığı və sənayeləşmiş yaşayış məntəqlərində siqaret kimi ağciyərlərə zərər verən asılılıqlardan uzaq olan şəxslərdə belə mütəmadi olaraq ağciyər problemləri görülür.
Bəs, ağciyərlərimizdə zəhərli qazların və siqaret dumanının səbəb olduğu öldürücü fəsadları aradan qaldırmaq üçün hansı qidalara üstünlük verməliyik?
1. Qreypfrut
Bu sitrus meyvəsinin tərkibi hüceyrələrin fəaliyyətini yaxşılaşdıran antioksidantlarla zəngindir. Qreypfurtun tərkibində olan maddələr hüceyrə toxumalarının zəifləməsinin qarşısını alır və onların inkişafını sürətləndirir. Mütəxəssislər siqaret çəkənlərə ağciyər riskini aradan qaldırmaq üçün tünd turşu dadına malik olan qreypfurt yeməyi məsləhət bilir.
2. Sarımsaq
Sarımsaq yüzlərlə xəstəliyi müalicə edir. O oraqnizmə müalicəvi təsir göstərir və sağalmanı sürətləndirir. Ağ ciyər xəstəliklərinin müalicə və profilaktikası üçün sarımsaq yemək çox faydalıdır.
3. Zəncəfil
Zəncəfil antibakterial və virus əleyhinə təsirə malikdir. Zəncəfil damarları genişləndirir, bəlğəmi xaric edir və bronxial kanalların regenerasiyasını sürətləndirir.
4. Yerkökü
Yerkökü A, C, E, K və B qrup vitaminləri ilə zəngindir. A vitamini hüceyrələrin və epitel toxumalarının vəziyyətini yaxşılaşdırır. Ağ ciyər toxumalarına dəyən nikotin zəhərlənmələrini təmizləmək üçün yerkökünü çiy halda yemək lazımdır.
Bizim.Media
- A-
- A
- A+
COP29
21:15 / 24.01.2022
Ağciyərləri siqaret tüstüsündən necə qorumalı? – 4 möcüzəvi QİDA
Hazırda oxunan: Ağciyərləri siqaret tüstüsündən necə qorumalı? – 4 möcüzəvi QİDA
Hazırda oxunan: Ağciyərləri siqaret tüstüsündən necə qorumalı? – 4 möcüzəvi QİDA
56932
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.