Bakıda koronavirus xəstəsi süni nəfəs aparatına qoşulu halda uşaq dünyaya gətirdi - FOTO

Bakıda koronavirus xəstəsi süni nəfəs aparatına qoşulu halda uşaq dünyaya gətirdi - FOTO

Hazırda oxunan: Bakıda koronavirus xəstəsi süni nəfəs aparatına qoşulu halda uşaq dünyaya gətirdi - FOTO

49655

Koronavirusa yoluxaraq vəziyyəti kəskin ağırlaşan hamilə qadın və 28 həftəlik doğulan körpəsi uzun mübarizədən sonra həyata qayıdıb.

Kliniki Tibbi Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, bir ay əvvəl səhhətində yaranan kəskin ağırlaşma səbəbindən müxtəlif xəstəxanalara müraciət edilən və hətta özəl xəstəxanaların birində böyük məbləğdə depozit istənilən, ancaq COVID-19 testi müsbət çıxdığına görə imtina verilən ana ən son anda Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Gətirilərkən kritik ağır vəziyyətdə olan ana və övladdan yalnız birinin sağ qalma ehtimalı olub. Həmin dövrdə ağır koronavirus keçirən, şok vəziyyətində olan ana süni nəfəs aparatına qoşulub və erkən doğuşa qərar verilib.

Olduqca riskli əməliyyat nəticəsində qadının 28 həftəlik qız övladı doğulsa da, körpənin vəziyyəti kritik ağır olub və ağciyərləri açılmayıb.
 

Həkimlər bir müddət körpənin ağciyərlərinin açılmasına çalışıb. Körpə üç gün ağciyərin süni ventilyasiya aparatında saxlanıldıqdan sonra müsbət dinamika müşahidə edilib və CPAP aparatına qoşulub.


Səkkiz gün müddətində həmin aparatda qalan körpənin vəziyyəti təxminən iki həftə sonra normallaşıb və nazal oksigen terapiyasına keçilib.

Hazırda yenidoğulmuşun vəziyyəti yaxşıdır, çəkisi bərpa olunur və ana südü ilə qidalanır.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO