“Heç bir peyvənd ÜST-nin icazəsi alınmadan vurula bilməz. Peyvəndi istehsal etmək və satışı üçün prosedur qaydaları var. Odur ki, peyvənd vurdurulmasından ehtiyat etmək lazım deyil”.
Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, körpələrə peyvəndlər mütləq vurulmalıdır:
“Azərbaycanda peyvənd vurdurmayan ailələr var. Bəzən şayilər səsləndirilir və valideynlərə səslənirəm ki, bu kimi yalan sözlərə inanmayın”.
Bizim.Media