İmmun sertifikatı neçə ay aktivdir? – Müddət MƏLUM OLDU

İmmun sertifikatı neçə ay aktivdir? – Müddət MƏLUM OLDU

Hazırda oxunan: İmmun sertifikatı neçə ay aktivdir? – Müddət MƏLUM OLDU

36047

İmmun sertifikatının müddəti bitən şəxslər nə zaman vaksin olunmalıdır? 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin departament rəhbəri Yaqut Qarayevanın açıqlamasına görə, bu halda şəxs iki ay ərzində 1 doza vaksin vurdurarsa, vaksin sertifikatı ala bilər.

Yaqut Qarayeva bildirib ki, PCR testi müsbət çıxan hər bir şəxsin 6 ay müddətində immun sertifikatı aktiv sayılır:
 

MÖVZU İLƏ BAĞLI:

COVID pasportumuzla hansı ölkələrə gedə bilərik? – SİYAHI


“İmmun sertifikatının vaxtı bitdikdən sonra iki ay müddətində 1 doza vurdurmaq olar. İki ay müddətindən keçirsə, artıq iki doza vurulmalıdır. Əgər xəstəlikdən 8 ay və ya 1 il keçirsə 1 doza vurulması effektiv deyil. Çünki 8 aydan sonra immunitetin kəskin düşməsi, anticisimlərin sayının azalması müşahidə olunur və ona görə də bir doza effektli olmur. Bu halda vaksin sertifikatı almaq üçün 2 doza vurulmalıdır”.

Qeyd edək ki, bəzi ekspertlər hesab edirlər ki, koronavirusa yoluxan şəxslərin orqanizmində anticismlərin qalma müddəti fərdi xarakter daşıyır.

Pulmonoloq həkim Zeyqəm Süleymanzadə Bizim.Media-ya açıqlamasında bildirib ki, orqanizmdə yaranmış immunitet 3 ay da, 1 il də qala bilər. Bu hər bir fərdin daxili imunitetindən asılı məsələdir.

Ona görə də qan analizləri zamanı bu aşkarlanır və ona uyğun nəticə çıxarılır. 

Görünür, TƏBİB-də 6 ay orta müddət olaraq götürülüb. Onu da əlavə edək ki, həkimlər orqanizmdə anticismlər olduğu halda vaksinasiyanın zərərli olmadığını da bildirilər.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO