Azərbaycanda hazırda yayılan koronavirusun “Delta” ştammıdır.
Bunu Bizim.Media-ya açıqlamasında Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, həkim infeksionist Vüqar Cavadzadə bildirib:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda son sutkada koronavirusdan 35 nəfər öldü - STATİSTİKA
“Delta ştamının yolxuculuq qabiliyyəti çoxdur. Deyilirdi ki, ölüm göstəriciləri azdır. Amma təcrübədə də görürük ki, ölüm göstəriciləri çoxdur. Gündəlik rəsmi olaraq 30 nəfərdən çox adamın koronavirusdan həyatını dəyişdiyi açıqlanır. Amma qeyri-rəsmi rəqəm bundan çoxdur”.
Həkim infeksionist bildirib ki, yoluxma yüksək olsa da hələ onun pik nöqtə olub-olmadığını demək mümkün deyil:
“Pik nöqtə ilə bağlı tibbi-statistik təhlili yalnız keçmişə nəzərdən deyə bilərik. Bu gün əgər 4200 nəfərin yoluxmasını pik nöqtə hesab etsək, bəlkə iki gün sonra bu rəqəm 7000-ə çatdı”.
Ştammın səngiməsinə gəldikdə isə mütəxəssis bildirdi ki, qaydalara ciddi əməl etməsək bu haqda danışmaq mümkün deyil. Yoluxma sayı artarsa, Operativ Qərargahın karantin qaydalarına yenidən baxması lazımdır.
Xatirə Nəsirli, Bizim.Media