Vaksinasiyadan sonra nə qədər araq içmək olar? - DETALLAR

Vaksinasiyadan sonra nə qədər araq içmək olar? - DETALLAR

Hazırda oxunan: Vaksinasiyadan sonra nə qədər araq içmək olar? - DETALLAR

33612

3 sutka alkoqol qəbul etmək olmaz. Bu koronavirusa qarşı vaksinasiya prosesindən sonra qoyulan vacib şərtlərdən biridir.

Bəs, nə üçün bu qadağa qoyulur? Spirtli içki peyvəndə necə təir göstərir?

Bizim.Media-nın araşdırmasına görə, spirtli içki qəbuluna təkcə koronavirusa qarşı peyvəndlənmədən sonra deyil, digər xəstəliklərlə bağlı vaksinasiya prosesindən sonra da qadağa qoyulur.

Mütəxəssislər bildirirlər ki, vaksinasiya prosesindən ən azı bir gün əvvəl də alkoqol qəbul etmək olmaz. Səbəb spirli içkinin vaksini aktivsizləşdirə bilməsidir. Spirtli içkilər həm anticismin, həm də immunitetin yaranmasına maneə törədir.

Həm də vaksinasiyadan sonra immun reaksiyaların meydana gəlməsi fonunda, bədən müxtəlif zərərli təsirlərə xüsusilə həssaslaşır.

Hətta bəzi ekspertlər hesab edirlər ki, vaksinasiyadan sonra ən azı ayyarım alkoqol istifadəsindən imtina edilməlidir. İmtina edə bilməyənlər isə çox az miqdarda istifadə edə bilər. Bu norma kişilər üçün 30, qadınlar isə 25 qramdır.
 

MÖVZU İLƏ BAĞLI:

"Ölkədə 6 milyon ümumi doza vaksin vurulub” – TƏBİB-in nümayəndəsi


Qeyd edək ki, alkoqolun istifadəsi bir sıra dərmanlar, eləcə də antibiotiklərin qəbulu zamanı da orqanizmə öz fəsadlarını verir.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO