Hansı daha qoruyucudur - Vaksinasiya yoxsa virusa yoluxmaq? 

Hansı daha qoruyucudur - Vaksinasiya yoxsa virusa yoluxmaq? 

Hazırda oxunan: Hansı daha qoruyucudur - Vaksinasiya yoxsa virusa yoluxmaq? 

31629

Pandemiyanın davam etdiyi dövrdə insanları maraqlandıran suallardan biri də, virusa qarşı müqavimət yaranması üçün peyvənd olunmaqla, xəstəliyə yoluxmaq arasında hansı fərqlərin olmasıdır. 

Bizim.Media ABŞ mətbuatına istinadən xəbər verir ki, amerikalı mikrobioloq Sabra Klein sözügedən məsələyə aydınlıq gətirib. 

Belə ki, mütəxəssis vaksinlərin koronavirusa, eyni zamanda onun müxtəlif variantlarına qarşı daha uzun müddətli və güclü müqavimət yaratığını bildirib.  

Klein hansı vaksinlərin viruslardan daha yaxşı qoruması məsələsinə də aydınlıq gətirib. Mütəxəssisin sözlərinə görə, “Biontech” və “Moderna” “Covid-19”-dan daha yaxşı müdafiəni təmin edir.

Bundan əlavə, xəstəliyi keçirən şəxslərdə yaranan antikor isə, peyvəndlər qədər uzun müddətli qoruma yaratmır. Belə ki, xəstəliyə yoluxma nəticəsində əmələ gələnlə “Biontech” və “Moderna” kimi vaksinlərin yalnız bir dozasının qəbulu zamanı yaranan antikor səviyyəsi eynidir. 

Qeyd edək ki, ölkəmizdə də virusa yolxumuş şəxslərə verilən immun sertifikatının müddəti 6 aydır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO