Azərbaycanda vaksinasiyadan sonra neçə nəfər ölüb? – CAVAB...

Azərbaycanda vaksinasiyadan sonra neçə nəfər ölüb? – CAVAB...

Hazırda oxunan: Azərbaycanda vaksinasiyadan sonra neçə nəfər ölüb? – CAVAB...

27434

Koronavirusa qarşı vaksinasiyasının bəzi hallarda ölümlə nəticələndiyi barədə faktlar var. Dünya mediasında da bu haqda məlumatlar yer almaqdadır.

Xatırladaq ki, bir neçə ay əvvəl İsveçrənin “AstraZeneca” şirkəti ilə Böyük Britaniyanın Oksford Universitetinin birgə hazırladığı “Vaxzevria” peyvəndini vurduran 30 nəfərin qanında trombun əmələ gəldiyi açıqlanmışdı. Avropanın təxminən 25 ölkəsi həmin vaksini almaqdan imtina etdi.
 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB sədri: “Vaksin sertifikatının müddəti 6 ay ola bilər”


“AstraZeneca” şirkəti tərəfindən də peyvənd olunan 7 nəfərin həyatını itirdiyi rəsmən etiraf olundu. Vaksinasiyadan sonra ölümün baş verməsi ilə bağlı iddialar yalnız “AstraZenaca”-nın peyvəndi ətrafında deyil. 

Mühəndis Filip Pradat və toksikoloq Veronika Malardın Fransa senatorlarına müraciəti də ölkə mətbuatında kifayyət qədər ciddi əks - səda doğurmuşdu.

Müəlliflər iddia edirdilər ki, peyvənd olunan hər 700 nəfərdən biri həyatını itirir.  Müraciətdə qeyd olunmuşdi ki, bu araşdırma təkcə Fransaya aid deyil, dünya ölkələrində də vəziyyət eynidir. 

ABŞ-lı 56 yaşlı həkim Corci Mayklın da “pfizer” peyvəndi ilə vaksin olunduqdan sonra həyatını dəyişməsi haqda məlumatlar qlobalaşan dünyanın mediasında yer aldı.

Artıq Azərbaycanda da vaksinasiyadan sonra ölüm hallarının baş verməsi haqda iddialar var. Eləcə də koronavirus əleyhinə vaksinasiya prosesini rahat şəkildə qəbul edənlərlə yanaşı, müxtəlif fəsadlarla üzləşməsindən şikayətlənənlərin də sayı az deyil. Rəsmi qurumlar isə susmaqdadır. Telekanalara müsahibə verən peyvənd olunanlar isə nədənsə yalnız bu prosesi rahat qarşılayanlar olur.

Bizim.Media “Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanlar arasında ölüm halları olubmu” suallını öncə TƏBİB-ə ünvanlayıb.

Buradan statistikanın Səhiyyə Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aparıldığı qeyd edilərək, adıçəkilən qurumlara üz tutmağımız tövsiyyə edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən də sualımız cavablandırılmayıb və bir daha Operativ Qərargaha yönəldilmişik.

Operativ Qərargaha ünvanlanan vaksinasiyadan sonra ölüm hallarının olub-olmaması haqda sual burada da açıq qalıb. Əslində belə bir statistikanın olmadığını deyiblər... Müşahidələr onu deməyə əsas verir ki, bəzən peyvənddən sonra ağırlaşma halları olsa da, vaksinasiya ölümə aparan əsas səbəb olmayıb.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO