Xəbər verildiyi kimi iyulun 1-dən etibarən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizindən COVID-19 pasportu, yaxud virusa qarşı immunitet sertifikatı tələb olunacaq. Amma bəzi şəxslər səhhətindəki problemlərdən dolayı vaksin vurdura bilmədiklərini və həkimlərin onlara əks göstərişi sübut edəcək arayışın verilməməsini iddia edirlər. Son zamanlar sosial şəbəkələrdə bu vəziyyətlə üzləşdiklərini bildirən xeyli sayda şikayətlərə rast gəlinir. Bildirirlər ki, onlardan COVID pasportu və ya peyvənd tətbiq edilməməsi tələbi gələndə çətin durumda qalacaqlar.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Bizim.Media-ya açıqlamasında vətəndaşların bu məsələdə indiyədək yalnış təsəvvürlərə malik olduqlarını bildirib:
“İnsanlarımız birdəfəlik bilməlidirlər ki, vaksinasiyaya qarşı qəti əks göstəriş yoxdur. Hətta ən allergik vəziyyətdə olan adamı da vaksinasiya etmək mümkündür. Anti-allergik fon verməklə, ona vaksin tətbiq etmək olar. İnsanların bundan yayınması yalnız və yalnız bəhanələrdir. Hesab edirəm ki, vətəndaşların bu sahədəki mövqeləri əsaslandırıcı deyil. Vaksinasiyaya loyal yanaşılmalıdır”.
Həkim əlavə edib ki, 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatının insan sağlamlığını təhdid edən 10 amilindən biri də məhz peyvənd tərəddüdü götürülüb:
“Anti-vaksin kampaniyası məhz bu istiqamətdə əsas narahatçılıqlardan biridir. Fikrimcə, biz ona qoşulmamalıyıq. Əksinə peyvəndləməyə normal yanaşmalıyıq. Mümkün qədər insanların çox vaksinasiya olması lazımdır ki, növbəti bəlalardan qurtara bilək”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
COP29
13:17 / 25.06.2021
Vaksinə ƏKS GÖSTƏRİŞ yoxdur - Professordan vətəndaşlara İRAD
Hazırda oxunan: Vaksinə ƏKS GÖSTƏRİŞ yoxdur - Professordan vətəndaşlara İRAD
Hazırda oxunan: Vaksinə ƏKS GÖSTƏRİŞ yoxdur - Professordan vətəndaşlara İRAD
26215
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.