İnsanların yarıdan çoxu COVID-19-a qarşı immunitet qazansa, pandemiya təhlükəsi yekunlaşacaq. Bunu TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov bildrib.
Bəs, Azərbaycanda əhalinin neçə faizində immunitet formalaşıb?
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son məlumatına görə, ümumi yoluxanların sayı 332 454 nəfərdir. Onlardan 320 708 nəfər sağalıb. Bununla yanaşı yoluxaraq, xəstəliyi evdə keçirənlər də var.
Peyvənd olunanların ümumi sayı 1 986 969 nəfərdir.
Akif Qurbanov vaksinasiya olunanların sayını 20-25 faiz kimi hesablayır, o qədər də insanın yoluxub sağala biləcəyini ehtimal edir. Onun açıqlamasına görə, artıq əhalinin yarısı və ya yarısından çox hissəsində immunitet fomalaşıb: “Buna görə də yaxın vaxtlarda pandemiyanın bitməsini gözləyə bilərik“.
Bəs, digər ekspertlər nə düşünür?
Professor Adil Qeybulla Bizim.Media-ya açıqlamasında bildirib ki, xəstələnib sağalananların və vaksinasiya olunanların hesabına əhalinin təxminən 75 faizində immunitet yaranarsa, bu kollektiv immunitetin yaranması deməkdir:
“Azərbaycanda üç dalğa oldu, bu dalğalar zamanı xeyli insan xəstələnib sağaldı, vaksinasiya olunanların sayı 2 milyon nəfərə çatıb. Kollektiv imunitetin yaxınlaşması pandemiyanın sonu deməkdir. Amma bir məsələ də var ki, biz ikili mutasiyaların olma ehtimalını da nəzərdən qaçırmamlıyıq. Hesab edirəm ki, bu şəkildə gedərsə, epidiemoloji vəziyyət yavaş-yavaş stabilləşməkdə davam edəcək”.
Professor bildirib ki, konkret olaraq əhalinin neçə faizində imunitetin formalaşmasını demək çətindir, amma üç dalğada yoluxub sağalananların, 20-25 faiz vaksin olunanlarla birlikdə sayı kollektiv immunitetin yarandığını düşünməyə əsas verir:
“Yoluxma sayının azalması da bunu göstərir. Xüsusi surprizlər olmazsa, yaya qədər bu məsələ stabilləşməkdə davam edəcək. Bu pandemiyanın sonunu yaxınlaşdrır. Bütünlükdə pandmeiya və karantinin sonu isə Dünya Səhiyyə Təşkilatının hesabatından sonra bilinəcək”.
Xatirə Nəsirli, Bizim.Media
- A-
- A
- A+
COP29
15:15 / 24.05.2021
“Rəqəmlər KOLLEKTİV İMMUNİTET-in yarandığını deyir - QADAĞALAR GÖTÜRÜLƏCƏKMİ?
Hazırda oxunan: “Rəqəmlər KOLLEKTİV İMMUNİTET-in yarandığını deyir - QADAĞALAR GÖTÜRÜLƏCƏKMİ?
Hazırda oxunan: “Rəqəmlər KOLLEKTİV İMMUNİTET-in yarandığını deyir - QADAĞALAR GÖTÜRÜLƏCƏKMİ?
22198
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.