Xərçəng riskini azaltmaq üçün necə QİDALANAQ? – Həkimdən TÖVSİYƏLƏR 

Xərçəng riskini azaltmaq üçün necə QİDALANAQ? – Həkimdən TÖVSİYƏLƏR 

Hazırda oxunan: Xərçəng riskini azaltmaq üçün necə QİDALANAQ? – Həkimdən TÖVSİYƏLƏR 

180598

Son zamanlar parlamentin iclaslarında keyfiyyətsiz qidalarla bağlı məsələ tez-tez müzakirə olunur. Uşaq qidaları, tələbələrin daha çox istifadə etdiyi dönərlər də müzakirə mövzusudur. Tibb mütəxəssisləri xərçəng xəstəliyinin konkret olaraq nədən yarandığını izah etməsələr də bir çox variantlar səslənməkdədir.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, bədxassəli şişlərin yaranmasının 35-40 faizi məhz düzgün olmayan və keyfiyyətsiz qidalanma ilə bağlıdır. Komitə sədrinin sözlərinə görə, xərçəng xəstəliyinin də əmələ gəlməsində əsas faktor kimi qidalanma mühüm yer tutur.

Bəs nə yeyək ki, sağlam qalaq?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim Aydın Əliyev deyib ki, tərkibində yad maddə olan qidalar istənilən xəstəlik yarada bilir:

“Məşhur bir deyim var, insan nə yeyirsə, odur. Hər bir kəsin özünün bədəninin quruluşunda fərqlər var. Fərqlər olsa da bədənimiz təbii qidaları həll edir, çünki insan bədəninə uyğundur. Amma bəzi qidalar var ki, tərkibində yad maddələr var və o maddələr bədənimizdə həll olmur. Həll olmayan maddələr də istənilən xəstəlikləri törədirlər. Ona görə qidalanmada keyfiyyət birinci növbədə durur. 

Sağlam olmaq üçün bizə təbii qidalar, təmiz su lazımdır. Bununla yanaşı, insanın fəal hərəkəti, təbiətlə, ağacla, torpaqla əlaqəsi lazımdır. Əgər şəhərimizdə tozlanma iki dəfədən çoxdursa, zəhərli maddələr varsa, deməli həmin maddələr bədənimizə daxil olur  və bədənimizin hüceyrələrinin gedişatını pozur”.

Farmakoloq xüsusilə plastik qablardakı qidalardan uzaq durmağı tövsiyə edib:

“Yayda isti günəş altında qalan plastik qablardakı sular, yeməklər qorxuludur. İnsan yaşadığı yerin təbiətinə uyğun nə varsa, onunla qidalanmalıdır. Xaricdən gələnlərin çoxusu bədənimizə, təbiətimizə uyğun deyil.
Sinir gərginlikləri də qidaların həllini çətinləşdirir. Öncə göy-göyərti, süd məhsulları, meyvə-tərəvəz daha çox yeyilməlidir. Gündə bir-iki litr təmiz su içməliyik. Rəngli və qazlı sulardan imtina etməliyik. Bədənimizin immun sistemi dəyişir. Keyfiyyətsiz qidalar immun sistemimizi zəiflədir, ona görə də bədənimiz “açıq qapı”ya dönür, istənilən xəstəlik daxil ola bilir. Bəzi adamlarda isə daha ağır xəstəliyə yol açır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO