Qızılca xəstəliyinin spesifik müalicəsi yoxdur – Nazirlik 

Hazırda oxunan: Qızılca xəstəliyinin spesifik müalicəsi yoxdur – Nazirlik 

180290

Qızılca xəstəliyinin spesifik müalicəsi yoxdur və xəstəliyin yayılmasının qarşısını almaq üçün tövsiyə olunan intervalla peyvənd etdirməkdir. Əks halda yoluxan şəxslər xəstəliyin ağırlaşmaları ilə qarşılaşa bilərlər. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun infeksionisti Səbinə Cəfərova açıqlayıb. 

Onun sözlərinə görə, peyvənd əsasən uşaqlıq dövründə (12 ay və 6 yaşda) vurulur. 2014-cü ildən vaksin preparatları Azərbaycana Səhiyyə Nazirliyi tərəfindən UNICEF xətti ilə gətirilir. 

“Valideynlərin nəzərinə çatdırmaq istəyirəm ki, qızılcadan qorunmaq üçün Səhiyyə Nazirliyi tərəfindən təqdim olunan peyvənd cədvəlinə riayət etmək vacibdir. 

Həkim məsləhəti kimi valideynlərə bildirirəm ki, övladlarının sağlamlığına diqqətli olsunlar və yoluxma hallarının qarşısının alınması məqsədilə mütləq olaraq 1 və 6 yaşlarında 2 dəfə peyvənd etdirsinlər”. 

S.Cəfərova qeyd edib ki, hansısa bir səbəbdən peyvəndin ikinci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin ikinci dozasını almalıdırlar: 

“Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin hər iki dozasını almaları tövsiyə olunur. Valideynlərin nəzərinə çatdırmaq istəyirəm ki, uşaqları vaksinasiya üçün onlara yaşayış yeri üzrə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət etsinlər”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO