“Xərçəngin tam müalicəsi üçün HEÇ VAXT dərman tapılmayacaq” – Professordan SENSASİON İDDİA

Hazırda oxunan: “Xərçəngin tam müalicəsi üçün HEÇ VAXT dərman tapılmayacaq” – Professordan SENSASİON İDDİA

177966

2026-cı ilə qədər xərçəngə qarşı ilk peyvəndin bazara çıxarılacağına inanırıq. Bu barədə “Biontech” şirkətinin qurucuları Özləm Türeci və Uğur Şahinin açıqlama verib.

Türeci qarşıdakı illərdə kimyaterapiyaya gərək qalmayacağını bildirib.

Maraqlıdır, bu peyvəndlər xərçəngin müalicəsində nə dərəcə effektli ola bilər?
 

MÖVZU İLƏ BAĞLI:

Xərçəngə qarşı ilk peyvənd bu tarixdə satışa çıxarılacaq


Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O qeyd edib ki, xərçəng şişi bədəndə müxtəlif resurslardan istifadə edərək yayılır: 

“Xərçəng müxtəlif amillərin təsiri nəticəsində insan orqanizminin hüceyrələrinin bölünməsinin təzələnməsinin genetik nəzarətdən çıxarılması prosesidir. Bəzi xərçəng transformasiyasının virus, bəzilərinin isə mutasiya etimologiyası var. Ona görə də bu vaksinin hansı effekti verəcəyi sual altındadır. 

Bundan əlavə, nə qədər canlı orqanizm varsa, o qədər xərçəng var. Heç vaxt elə bir dərman tapılmayacaq ki, xərçəngə birdəfəlik son qoyulsun. Bu, birmənalıdır. Amma hansısa yeniliyin olması alqışalayiqdir. Bu proses getdikcə inkişaf edəcək.
Xərçəngin müalicəsində, həyat keyfiyyətinin yaxşılaşdırılmasında xeyli yeniliklər əldə olunub. Amma tam axırına çıxmaq mümkün deyil. Gözləyək və ümid edək ki, bu, xərçənglə mübarizədə uğurlu addım olacaq”. 

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO