“Çindən daha 150 min doza yeni vaksin gətiriləcək” - Viktor Qasımov

“Çindən daha 150 min doza yeni vaksin gətiriləcək” - Viktor Qasımov

Hazırda oxunan: “Çindən daha 150 min doza yeni vaksin gətiriləcək” - Viktor Qasımov

16752

“Azərbaycana koronavirus əleyhinə vaksinlərin gətirilməsi işi mərhələli şəkildə davam edir. Bu yaxınlarda Çindən daha 150 min doza yeni vaksin gətiriləcək”.

Bizim.Media xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin müavini Viktor Qasımov COVAX platforması çərçivəsində ölkəyə göndərilən “Vaxzevria” (əvvəlki adı “AstraZeneca”) vaksininin qarşılama mərasimində deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana daha 84 000 doza vaksin gətirildi – Nazir müavini


Nazir müavini qeyd edib ki, bu gün ölkədə pandemiya ilə bağlı epidemioloji vəziyyəti idarəolunan səviyyədə saxlamaq mümkün olur:

“Təbii ki, virusdan qorunmağın ən effektiv üsul peyvənd olunmadır. Əhali nə qədər tez peyvənd olunsa, bu zaman kollektiv immunitet yaratmaqla bu bəladan müəyyən qədər xilas olunacaq”.(Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO