Qızılcadan ölən uşaq 3 gün əvvəl xəstəliyə YOLUXUB – RƏSMİ 

Hazırda oxunan: Qızılcadan ölən uşaq 3 gün əvvəl xəstəliyə YOLUXUB – RƏSMİ 

166853

Yusif Əliyev adına 195 saylı orta məktəbdə IV sinif şagirdinin qızılcadan ölüm xəbəri ilə bağlı bəzi detallar bəlli olub. 

Bizim.Media xəbər verir ki, 195 nömrəli tam orta məktəbdən verilən məlumatda görə, valideynlər övladlarının səhhətində yaranan problemlərlə əlaqədar təhsil müəssisəsinə müraciət ediblər.
 

MÖVZU İLƏ  BAĞLI:

Azərbaycanda məktəbli qızılcadan öldü


Məlumatda bildirilib ki, müraciətə əsasən məktəb rəhbərliyi tərəfindən 24.11.2023-cü il tarixində Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinə (GEM) məlumat verilib. Məsələ ilə əlaqədar Qaradağ rayonu GEM-in işçi qrupu məktəblə sıx əməkdaşlıq aparır.

Yoluxma sayına gəldikdə isə ekspertiza və müayinələrdən sonra aidiyyəti qurumlar tərəfindən müvafiq açıqlama veriləcək.

Qeyd edək ki, məktəbin IV sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 27 noyabr tarixindən dərs prosesində iştirak etməyib. Valideyn övladının qızılca xəstəliyinə yoluxduğunu bildirib.

Şagird 30.11.2023-cü il tarixində dünyasını dəyişib. Ümumi təhsil müəssisəsindən müvafiq məlumatlar operativ olaraq aidiyyəti qurumlara verilir və həmin dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO