Qızılcaya qarşı peyvəndlə bağlı bir sıra məqamlara aydınlıq gətirildi

Hazırda oxunan: Qızılcaya qarşı peyvəndlə bağlı bir sıra məqamlara aydınlıq gətirildi

166677

Azərbaycanda böyük yaşlı əhalinin peyvənd olunması üçün QM (qızılca məxmərək) pulsuz aparılacaq. Uşaqlara qızılca əleyhinə peyvənd QPM vaksini ilə milli peyvənd təqviminə müvafiq olaraq 2 dəfə - 12 aylığında və 6 yaşında vurulur. Peyvəndlərin vurulması vacibdir.

Bizim.Media xəbər verir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatında bildirilib. 

Qeyd edilib ki, QPM peyvəndləri ərazi üzrə tibb müəssisələrində (Ailə Sağlamlıq Mərkəzləri, uşaq poliklinikaları və s.) aparılır: 

“Epidemioloji vəziyyətlə əlaqədar ölkə ərazisində orta və yaşlı əhalinin qızılca əleyhinə peyvəndi tətbiq olunacaq. Peyvənd 1 dəfə vurulacaq. İlk növbədə peyvənd risk qrupuna aid olan insanlara və könüllü müraciət edən şəxslərə vurulacaq". 

O da bildirilib ki, peyvəndin vurulması zamanı istehsalçının təlimatı və tibbi əks-göstərişlər nəzərə alınmalıdır:

"Peyvənd vətəndaşların qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisələrində (poliklinikalarda) könüllü şəkildə vurulacaq". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO