Azərbaycana qrip əleyhinə peyvənd GƏTİRİLDİ - RƏSMİ

Hazırda oxunan: Azərbaycana qrip əleyhinə peyvənd GƏTİRİLDİ - RƏSMİ

166463

Azərbaycana qrip əleyhinə peyvənd gətirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin məlumatında bildirilib. 

Qeyd olunub ki, Azərbaycanda qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir. 

"Bu məqsədlə, Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən ölkə ərazisinə qrip əleyhinə peyvənd gətirilib. Peyvəndlərin Bakı şəhəri üzrə paylanılması artıq başa çatıb. Hazırda, peyvənd materiallarının respublikanın digər şəhər və rayonlarına çatdırılması davam edir və yaxın zamanlarda yekunlaşacaq. Azərbaycanda əhali arasında qrip əleyhinə peyvəndlənmə könüllü şəkildə aparılır. Qrip virusuna qarşı vaksinasiya xəstəliyin profilaktikası üçün əhəmiyyətlidir", - nazirlikdən bildirilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO