Poliklinikalarda peyvənd otaqları təkmilləşdirildi – FOTO  

Hazırda oxunan: Poliklinikalarda peyvənd otaqları təkmilləşdirildi – FOTO  

166311

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan və uşaqlara tibbi xidmət göstərən 48 tibb müəssisəsində vaksinlərin düzgün qaydada saxlanılması üçün yeni avadanlıqlar alınaraq “soyuq zəncir” sistemi tam qurulub.

Bu barədə Bizim.Media-ya TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, bu avadanlıqlarla işləmək üçün mütəxəssislər də xüsusi təlimlərə cəlb olunub. 

Bakı üzrə uşaqlara tibbi xidmət göstərən bütün tibb müəssisələrində peyvəndlərin və digər peyvənd materiallarının tələblərə uyğun qorunub saxlanılması tam təmin olunub. Peyvəndlərin saxlanıldığı yerlərdə havalandırma sistemi, temperatura nəzarət üçün termometr mövcuddur və peyvəndlərin vurulması xüsusi ixtisaslı tibb bacıları tərəfindən icra olunur. 

Bundan əlavə yoluxucu xəstəliklərə qarşı tibbi xidmətin yaxşılaşdırılması məqsədilə sözügedən müəssisələrdə komissiyalar yaradılıb. Bu komissiyalar peyvəndə əks-göstəriş hallarının təhlilini aparır, peyvəndlərin aylıq planlanmasına və həyata keçirilməsinə nəzarət edir. 

Qeyd edək ki, peyvəndlər uşaqları infeksion xəstəliklərdən qoruyan yeganə vasitədir. Onlar xüsusi texnologiya ilə hazırlanır və xəstəliklərə qarşı orqanizmdə immunitet yaradır. 
Azərbaycana gətirilən peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartlarına cavab verir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO