Bir ildə qızılcadan ölüm halları 40 faiz ARTIB - ÜST

Hazırda oxunan: Bir ildə qızılcadan ölüm halları 40 faiz ARTIB - ÜST

166051

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) yeni hesabatına əsasən, qızılcaya yoluxma halları, ölüm halları 2021-2022-ci illər arasında kəskin şəkildə artıb. Belə ki, qızılcaya yoluxma hallarında 18 faiz artım müşahidə edilib.

Bizim.Media xəbər verir ki, bu statistika 2021-ci ildəki 7,8 milyon yoluxma halının bir il ərzində 9,2 milyona yüksəlməsi deməkdir.

Həmçinin qızılcadan ölənlərin sayının 43 faiz artdığı bildirilib. Beləliklə, ölənlərin sayı 95 mindən 136 minə yüksəlib.
Tədqiqatda "böyük və ya dağıdıcı qızılca epidemiyaları" barədə məlumat verən ölkələrin sayı da nəzərə alınıb. Məlumatlara görə, bu rəqəm 22-dən 37-yə yüksələrək yüzdə 68 artım deməkdir.

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO