Həkimdən kişilərə XƏBƏRDARLIQ – “Xolesterindən imtina impotensiya yaradır”

Hazırda oxunan: Həkimdən kişilərə XƏBƏRDARLIQ – “Xolesterindən imtina impotensiya yaradır”

165447

Tanınmış qida mütəxəssisi Tahir Əmiraslanov həyəcan təbili çalır ki, gələcəkdə nəsil artımı olmaya bilər. Bunu da onunla izah edib ki, indiki insanların çoxu xolesterindən imtina edir:
“Xolesterinsə uşağ hüceyrələrinin yaranmasında əsas vasitədir. Əgər bu cür davam etsə və insanlar xolesterindən imtina etsə sonsuzluq halları durmadan artacaq”.

Məsələyə münasibət bildirən həkim-terapevt Abbas Bağırov Bizim.Media-ya açıqlamasında Tahir Əmiraslanovun fikirləri ilə razılaşdığını deyib:
 

MÖVZU İLƏ BAĞLI:

“İndi qadınların çoxu ərlərinin cinsi imkanlarından narazıdır” - Psixoloqla HƏSSAS SÖHBƏT


“Bəzi insanlarda xolesterinli qida məhsullarından istifadə etmə fobiyası yaranıb. Hər kəs bir-birinə xolesterolsuz, pəhriz məhsullarla qidalanmanı tövsiyə edir. Belə insanlar hesab edirlər ki, xolesterinli qidalardan istifadə zamanı dərhal ürək-damar sistemində müəyyən dəyişikliklər baş verə bilər. Eləcə də digər orqanlarda mikrosirkulyasiya pozuntuları yarana bilər. 

Əslində isə bu belə deyil. 

Xolesterin androgenlərin – kişi cinsi hormonlarının istehsalı üçün ən vacib kompenentlərdən biridir. Eyni zamanda sinir sistemində qlial hüceyrələrin formalaşması üçün xüsusi vasitələrdən hesab olunur. Xolesterini tamamilə qida rasionundan çıxarmaq cinsi yetməməzliyə sabəb oaraq, psevdo (yalançı), yaxud həqiqi impotensiya yaradır. Ona görə də xolesterindən imtina etmək, qida rasionundan tamamilə çıxartmaq cavan yaşlarda nəsiltörətmə qabiliyyətinə mənfi təsir göstərir. 

Xolesterinsiz qidalanma orqanizmin dayanıqlılığını zəiflədir. 

Digər tərəfdən qlial strukturlar neyron hüceyrələrin üstünü örtən xüsusi bir ötrük qatıdır. Astroqliyanın əmələ gəlməsi bilavasitə xolesterinlə bağlı olan biokimyəvi proseslər vasitəsilə icra olunur. Xolesterin orqanizmin sinir fəaliyyətinin icra olunmasında mühüm faktordur. 

Onu da qeyd etmək lazımdır ki, davamlı olaraq xolosterinli qida məhsullarından istifadə edib, oturaq həyat tərzi keçirtmək ürək-damar sistemində, o cümlədən beyin damarlarında, aterosklerotik dəyişiklikləri dərinləşdirməklə fəsadlara yol aça bilər. Xolesterinli qidalardan istifadə etdikdən sonra aktiv həyat tərzini təmin etmək çox vacibdir”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO