Xaricə müalicə üçün üz tutan həkimlərimiz öz səhiyyəmizə ETİBAR ETMİR? – “Biz kolxoz kimi edirik”

Xaricə müalicə üçün üz tutan həkimlərimiz öz səhiyyəmizə ETİBAR ETMİR? – “Biz kolxoz kimi edirik”

Hazırda oxunan: Xaricə müalicə üçün üz tutan həkimlərimiz öz səhiyyəmizə ETİBAR ETMİR? – “Biz kolxoz kimi edirik”

150130

Azərbaycanda tibb sahəsinə məsul olan qurumlar zaman-zaman “səhiyyəmiz inkişaf edir, ən son model tibbi avadanlıq və aparatlar ölkəyə gətirilir” deyə pafoslu çıxışlar edirlər. Amma səhiyyəmizin inkişafından ağızdolusu danışan elə həkimlərimizin özləri müalicə və müayinə üçün xarici ölkələrə, xüsusilə Almaniya, Türkiyə, İsrail və Amerikaya üz tuturlar. Nəinki həkimlər, klinika rəhbərləri, məmurlar, yüksək çinli nümayəndələr belə səhhətlərindəki narahatlıqla bağlı xarici ölkələrin səhiyyə xidmətlərinə müraciət edirlər. 

Belə çıxır ki, Azərbaycan səhiyyəsinin inkişafından danışan bu şəxslər öz həkimlərimizə və tibb müəssisələrimizə etibar etmirlər. 

Nümunə olaraq “German Hospital”ın rəhbəri İlham Əliyevi misal gətirə bilərik. O, səhhəti ilə bağlı hazırda adını açıqlamadığı xarici ölkələrdən birində müalicə olunur. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun sözlərinə görə xarici ölkələrin səhiyyəsində hər sahə üzrə ayrı-ayrı mütəxəssis olduğu üçün ora üz tutulur:
 

MÖVZU İLƏ BAĞLI:

Səhiyyəmizdə BEYİN AXINI – Gənc həkimlərimizin xaricə üz tutmasının SƏBƏBLƏRİ


“Məsələn travma başa, boyuna, qola, ələ, kürəyə döş qəfəsinə, bud sümüyünə, çanağa və ayağa da olar. Azərbaycanda bu nahiyələrin hamısını bir adam bilməlidir. Amma xarici ölkələrdə çəçələ, şəhadət, baş və digər barmaqaların travmatoloqu ayrıdır. Eləcə də digər nahiyələrin... Hərəsi ayrı-ayrı travmatoloqlardır. 

Bizdə bir travmatoloq yuxarıda sadaladığımız nahiyələrin hamısını bilməldir. O da mümkün olan şey deyil və çətindir. Bu səbəbdən də insanlar və həkimlər xaricə gedirlər. Eyni zamanda pulu çox olanlar xaricə üz tutur və elə onların da həkimlərinə inanır. 
Məsələn, mən revmatoloqam. Revmatizmin 120 növü var və bir o qədər də çox onun fəsadları var. Oynaq yeyilməsi, ostroxondroz və ya oynaqda mayenin miqdarının azalması var. Xaricdə bunlar ayrı-ayrı bir sənətdir. Bizdə isə kolxoz kimi hamısını mən eləməliyəm, alınmır bu...

”Mütəxəssislərimiz yetişmir” fikrini demək də doğru deyil. Sadəcə onun üçün ayrıca şərait və aparatlar olmalıdır. Azərbaycanda bu məsələ çox çətindir. Hər şeyi göstərən və bilən aparatlar hələki bizdə yoxdur. İş təkcə aparatla da bilmir, gərək onun mütəxəssisi hazırlansın.  Amma yavaş-yavaş düzələcək və buna da əminəm”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO