COVID-in beyində yaratdığı fəsadlar ÜZƏ ÇIXDI – “Yaddaş itkisi, depressiya...”

COVID-in beyində yaratdığı fəsadlar ÜZƏ ÇIXDI – “Yaddaş itkisi, depressiya...”

Hazırda oxunan: COVID-in beyində yaratdığı fəsadlar ÜZƏ ÇIXDI – “Yaddaş itkisi, depressiya...”

147195

Pandemiya başa çatsa da, alimlər hələ də COVID-19-un insan orqanizminə təsirlərini araşdırmağa davam edirlər.

Bizim.Media “Time”a istinadən xəbər verir ki, COVID-19-a yoluxub, sağ qalmağı bacaran bəzi insanların uzunmüddətli nevroloji problemləri yaranıb. 

SARS-CoV-2 virusunun dad və qoxu itkisindən tutmuş vuruşa qədər beyinə təəccüblü dərəcədə güclü təsir göstərdiyi aşkar edilib.

Bioloq Xayme Düşarmın fikrincə, COVID-19 pandemiyasının başlanğıcında həkimlər təəccüblü halla qarşılaşıblar. Əvvəlcə tənəffüs virusu olduğu düşünülən SARS-CoV-2 beyinə gözlənilməz dərəcədə güclü təsir göstərir. Virusa yoluxmuş insanlarda dad və qoxu itkisi, beynin dumanlanması, ən ciddi hallarda isə insult görülür.

Nyu York Universitetinin Lanqon Tibb Mərkəzi virusun beyin və sinir sisteminə necə təsir etdiyini anlamaq ümidi ilə bu cür halları araşdırmağa başlayıb.

Proqram rəhbəri Dr. Şeron Miropolun sözlərinə görə, COVID-i ağır keçirmiş xəstələrin yaşadığı uzunmüddətli nevroloji problemlərə tez-tez rast gəlinir:

“Əksər xəstələrdə koqnitiv tənəzzül, beyin ölçüsündə və strukturunda dəyişikliklər, depressiya və intihar düşüncələri, titrəmələr, tutmalar, yaddaş itkisi, qazanılmış və ya pisləşmiş demensə rast gəlinir ki, bunların hamısı COVID-ın törətdiyi fəsadlardır”. 

Klivlend Klinikasında COVID-19 və nevrologiyanı tədqiq edən Lara Çezi bildirib ki, bu virusa yoluxan şəxslərdə beyin iltihabı, beyin dumanı və yaddaş itkisi kimi simptomlar görülür. O, xəstələrdə COVİD-dən sonra xroniki baş ağrıları və anomal iltihabların yarandığını müşahidə etdiyini vurğulayıb.

Digər bir araşdırma isə daha maraqlı və qorxulu vəziyyəti aşkara çıxarıb. Belə ki, koronavirusdan dünyasını dəyişən xəstələrin bir çoxunun beynində ölümdən sonra belə virusun qaldığı aşkar olunub. 

Koronavirusdan həyatını itirmiş 100 xəstənin beynində aparılan yoxlamalar zamanı, 99 xəstədə beyin toxumalarının zədələnməsi halı aşkarlanıb.

Aysu Allahverdiyeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO