“Semaşko” ACINACAQLI DURUMDA – Həyətə axan kanalizasiya, açıq elektrik şəbəkəsi... – FOTO/VİDEO

“Semaşko” ACINACAQLI DURUMDA – Həyətə axan kanalizasiya, açıq elektrik şəbəkəsi... – FOTO/VİDEO

Hazırda oxunan: “Semaşko” ACINACAQLI DURUMDA – Həyətə axan kanalizasiya, açıq elektrik şəbəkəsi... – FOTO/VİDEO

146021

“TƏBİB-in “nümunəvi” klinikası olan və bəzilərinin ağız dolusu danışdığı, əslində isə bərbad gündə olan Kliniki Tibbi Mərkəzdən (keçmiş “Semaşko”) lentə alınan bu görüntülər hər kəsi heyrətləndirir. Bu cür şəraitdə işləmək oradakı həkim və tibb işçilərinə sözün həqiqi mənasında əzab verir”.

Bunu Bizim.Media-ya açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev deyib. 

“Gördüklərimdən heyrətə gəldim. Kanalizasiya sularının açıq şəkildə axıdılması, elektrik xəttlərinin açıq və təhlükəli şəkildə aparılması və digər faktları görəndə burda çalışanlara və müalicə alanlara yazığım gəldi. Zəngin tarixi və gözəl ənənələri olan bu tibb ocağındakı acınacaqlı vəziyyəti izah etməyə sadəcə söz tapmıram”.
Təqdim olunan faktlarla bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra məlumat veriləcək.

Mövzunu diqqətdə saxlayacağıq.
 



Surxay Atakişiyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO