Son sutkada 2 nəfər koronavirusa yoluxdu - Vəfat edən yoxdur

Son sutkada 2 nəfər koronavirusa yoluxdu - Vəfat edən yoxdur

Hazırda oxunan: Son sutkada 2 nəfər koronavirusa yoluxdu - Vəfat edən yoxdur

140901

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, son sutkada infeksiyaya 2 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 2 nəfər sağalıb.

Vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 880 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 581 nəfər müalicə olunaraq sağalıb, hazırda 19 aktiv xəstə var. Bu günə qədər 10 280 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 651, bu günə qədər isə ümumilikdə 7 631 556 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 40 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 966 166 olub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO