Ac qalmaq, xüsusi dərmanlar qəbul etmək və həmçinin miqdardan artıq maye qəbul etmək arıqlamağa kömək etmir, əksinə orqanizmə ciddi ziyan vurur. Bu barədə dietoloq Maria Malışeva deyib.
Bizim.Media Rusiya KİV-nə istinadən bildirir ki, həkim bu barədə müsahibəsində bildirib.
“Yağ hüceyrələri bağırsaqda olmur, buna görə də işlədici dərmanlar bu problemi həll etmək üçün heç bir şəkildə sizə kömək etməyəcək".
MÖVZU İLƏ BAĞLI:
Bu qidalar sizi 15 yaşında cavan edəcək - SİYAHI
"Sidikqovucu həbləri isə həkimin icazəsi olmadan qətiyyən qəbul etmək olmaz, çünki onlardan uzun müddət istifadə böyrəklərin və bağırsaqların fəaliyyətini poza bilər”.
O, həddindən artıq su qəbulunun da böyrəklərə ziyan verdiyini bildirib.
Bundan əlavə, diyetoloqa görə, ac qalmaqda təhlükəlidir. Bu, əzələ mübadilsəinin pozulmasına və orqanizmin stresə düşməsinə səbəb ola bilər.
“Ciddi pəhrizdən sonra hər zaman arıqlamaq istəyən fərd ikiqat çəki yığır. Yağ tərkibli qidalar da qida rasionundan çıxarılmamalıdır. Çünki onlar enerji və toxumaların bərpa olunması üçün vacibdir. Həmçinin qidalanmada həddindən artıq protein istifadəsi sızanaq, şişkinlik və erkən yaşlanmaya səbəb ola bilər”,- deyə o, qeyd edib.
Bizim.Media