Azərbaycanda daha 15 nəfər koronavirusa yoluxdu

Azərbaycanda daha 15 nəfər koronavirusa yoluxdu

Hazırda oxunan: Azərbaycanda daha 15 nəfər koronavirusa yoluxdu

139164

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, son sutkada infeksiyaya 15 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 16 nəfər sağalıb. İndiyədək ölkədə ümumilikdə 831 849 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 516 nəfər müalicə olunaraq sağalıb, hazırda 59 aktiv xəstə var. Bu günə qədər 10 274 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 936, bu günə qədər isə ümumilikdə 7 623 270 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 55 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 965 701 olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO