Azərbaycanda daha 1 nəfər koronavirusa yoluxdu

Azərbaycanda daha 1 nəfər koronavirusa yoluxdu

Hazırda oxunan: Azərbaycanda daha 1 nəfər koronavirusa yoluxdu

136203

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. 

Bu barədə Bizim.Media-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb. 

İndiyədək ölkədə ümumilikdə 831 659 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 300 nəfər müalicə olunaraq sağalıb, hazırda 91 aktiv xəstə var. Bu günə qədər 10 268 nəfər vəfat edib. 

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 502, bu günə qədər isə ümumilikdə 7 604 861 test icra olunub. 

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 963 200 olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO