Ürək xəstəliklərinin sayı niyə ARTIB? – Həkimlərdən CAVAB 

Ürək xəstəliklərinin sayı niyə ARTIB? – Həkimlərdən CAVAB 

Hazırda oxunan: Ürək xəstəliklərinin sayı niyə ARTIB? – Həkimlərdən CAVAB 

134506

Son zamanlar ürək xəstəlikləri çox geniş yayılıb. Ətrafımızda bir çox insan bu cür xəstəliklərdən əziyyət çəkir. Mütəxəssislərin fikrinə görə, bu xəstəliyinin çoxalmasının bir sıra səbələri var.

Birincisi, cəmiyyətimizdə böyük əksəriyyət daha çox oturaq işə keçib. Ürək xəstəlikləri artıq peşə xəstəliyinə çevrilib. İnsanlar passiv həyat, oturaq iş rejiminə daha çox üstünlük verir. Bu da ürək xəstəliklərinə yol açır.

İkincisi, qidalardır. Bu gün qəbul etdiyimiz qidaların çoxunun mənşəyi bəlli deyil. Xüsusən də, yağların keyfiyyətsiz və ziyanlı olması ürək-damar xəstəliklərinin artmasına səbəb olub.

Üçüncüsü, stressdir. İnsanlar bu gün gərginlik altındadır. Həm bu gərginlik, həm də qəbul edilən çoxlu sayda informasiya ürəyi gücə salır.

Rəsmi statistikaya görə bütün dünyada ürək xəstəliklərinə yoluxma ən azı 10-15 il cavanlaşıb. Məsələn, 50 il qabaq  35-50 yaşlı insanlarda miokard infarktına çox az, hətta nadir hallarda təsadüf olunurdu. Amma, indi xəstələrin 30-35 faizində infarkt bu yaşda əmələ gəlir. Ümumilikdə isə infarkt kişilərdə daha çox 55-65, qadınlarda isə 60-70 yaş arasında baş verir.

Məsələ ilə bağlı danışan uzman həkim Üzeyir Rəhimov Bizim.Media-ya açıqlamasında cəmiyyətimizin hərəkətsizləşməsindən söz açıb:

“Yemək vərdişlərimiz pozulub. “Fastfoot” və digər hazır qidalara üstünlük veririk ki, bu da ürək xəstəliyini artırır. Artıq çəkidən əziyyət çəkən cəmiyyətə çevrilmişik. Stress və digər səbəblər də ürək xəstəliyindən əziyyət çəkənlərin sayını artırıb”. 

Həkim-kardioloq Sevinc Nəsirova da kardiovaskular xəstəliklərin yaşının getdikcə cavanlaşdığını deyib:

“Kardioloji xəstəliklərin bir çox növləri var. Son zamanlar ən çox yayılan ürəyin işemik xəstəliyi, anadangəlmə və ya qazanılmış ürək xəstəlikləri, ürək çatışmazlığı, miokard infarktı aritmiyalardır. Sinədə göynəmə, ağrının sol qola və kürəyə yayılması, boğulma, tənginəfəslik, ayaqlarda şişkinlik, hərəkət zamanı ağrının artması, baş ağrıları kimi simptomların hamısı ürək xəstəliklərinin əlamətləridir. Yaxşı olardı ki, bu əlamətləri özündə hiss edən insanlar mütləq həkimə müraciət etsinlər. Çünki bu, artıq ürək xəstəliklərinin göstəricisi hesab olunur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO